Azərbaycanda bu smartfondan istifadə edənlərin sayı 100 mini keçdi
Artıq Azərbaycanda HONOR smartfonlarının artıq 100 000 nəfərdən çox istifadəçisi var.
Bu barədə Marja-ya “Honor”un Azərbaycanda eksklüziv distribütoru İrşad-dan bildirilib.
Qeyd edilib ki, HONOR smartfonları dözümlülüyü, enerji alma sürətinə, enerji saxlama müddətinə, foto-video çəkiliş keyfiyyətinə görə, qiymət etibarı ilə özündən baha rəqiblərlə belə rəqabət apara bilir.
Hazırda İrşad mağazalarında 8 GB RAM və 128 GB yaddaşa malik yeni HONOR 50 smartfonunun satışına başlanılıb.
Honor 50 yeni Qualcomm prosessoru, yüksək təsvir tezliyinə sahib ekran, təkmilləşdirilmiş kameralar və sürətli şarj texnologiyası ilə artıq diqqəti üzərində toplayıb. Kənarları oval OLED ekrana sahib smartfonun 120 Hz-lik təsvir yenilənməsini dəstəkləməsi, 1.07 milyard rəng çalarının olması və təkmilləşən kameraları izləyicilər tərəfindən ən çox bəyənilən məqamlardan olub. Beşinci nəsil mobil rabitə şəbəkəsini dəstəkləyən Honor 50 video çəkmək və sosial şəbəkələrdə paylaşımlar etmək istəyən yeni nəsil vloqerləri də düşünüb. 108 MP əsas kamera və 32 MP ön kamera ilə eyni anda video çəkiliş edə bilir.
Ən əsası odur ki, smartfon MagicUI 4.2 interfeysli Android 11 əməliyyat sistemi vasitəsilə çalışır. Yəni yeni HONOR 50 smartfonları qlobal bazarda Google servisləri ilə təklif olunur.
Xarici görünüşə önəm verən istifadəçilərin də istəyini nəzərə alan Honor bu məhsulun dizaynında müxtəlif rəng çalarına üstünlük verib. Fərqlənməkdən çəkinməyən, təbiətin canlı yaşıl rənginə üstünülük verən və ya hər zaman dəbdə olan gecə qarasını sevənlər üçün də bu smartfonlar əvəzolunmaz olacaq. Ən çox diqqət cəlb edən isə kristal parlaqlığı özündə əks etdirən smartfondur.
8 GB RAM və 128 GB yaddaşa malik yeni HONOR 50 smartfonu ayda cəmi 70 AZN, 8 GB RAM-a və 256 GB yaddaşa sahib smartfonu isə ayda 75 AZN ödəməklə 20 aya ilkin ödənişsiz, komissiyasız əldə edə bilərsiniz. Üstəlik 16 noyabradək hər iki smartfonu əldə edənlərə həm də Honor Earbuds 2 lite qulaqlığı hədiyyə olunur.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
1 saat əvvəl
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"bp-Azərbaycan"dan 2025-ci ilin yekunları üzrə BİZNES ƏMƏLİYYATLARI HESABATI
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Gemini” istifadəçilərə artıq Azərbaycan dilində də təqdim olunur
-
2 saat əvvəl
"Trendyolmilla" ilkə imza atıb: Regenerativ pambıqdan cins kolleksiyası
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yaxın günlərdə fermerlərə subsidiya ödənişlərinə başlanacaq
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
Ən çox oxunanlar
KPMG Bakıda 2-ci ofisini açdı
“Gemini” istifadəçilərə artıq Azərbaycan dilində də təqdim olunur
Daha bir bank nağd kredit üzrə faiz dərəcəsini endirdi
Azərbaycan neftinin son qiyməti
Expressbank Quba-Xaçmaz regionunda sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
Dövriyyə 10 min dolları keçdiyi halda, vergi uçotu tələb olunacaq - Qeyri-rezidentlər üçün yeni qaydalar gəlir
























