Rusiya/Novak:"Neftin 80 dollar qiyməti hazırkı bazar vəziyyətini əks etdirir"
"Hazırda neftin qiymətinin 80 dollar/barel ətrafında olması bazarın vəziyyətini obyektiv şəkildə əks etdirir".
Marja xəbər verir ki, bunu “Rossiya-24” telekanalına müsahibəsində Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.
“Məncə, bugünkü qiymətin 80 dollar/barel ətrafında olması mövcud vəziyyəti obyektiv şəkildə əks etdirir. Dekabr-yanvar aylarında nələrin olacağını da görməliyik”, - o deyib.
Onun sözlərinə görə, hazırda bazarda neftin qiymətinin aşağı düşməsində rol oynaya biləcək bir sıra qeyri-müəyyənliklər var, hər şey 2021-ci ilin sonu - 2022-ci ilin əvvəlindəki vəziyyətdən asılı olacaq.
“Qiyməti qaldıran bir çox amillər, qiyməti aşağı sala biləcək bir çox qeyri-müəyyənliklər var. Hər şey 2021-ci ilin noyabr-dekabr ayları və 2022-ci ilin birinci rübü ərzində inkişaf edəcək vəziyyətdən asılı olacaq. İndi biz delta ştammının yayılmasının şahidi oluruq, bu neqativ amildir, bir çox ölkələrdə məhdudlaşdırıcı tədbirlər tətbiq olunur”, - deyə o əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















