Ağ Ev: ABŞ yanacaq bazarını sabitləşdirmək üçün bütün variantları nəzərdən keçirəcək
ABŞ hakimiyyəti yanacaq bazarını sabitləşdirmək üçün bütün variantları nəzərdən keçirəcək.
Marja xəbər verir ki, bu barədə cümə axşamı keçirilən növbəti brifinqdə Ağ Evin mətbuat katibinin müavini Karin Jan-Pyer (Karine Jean-Pierre) bildirib.
“Biz enerji istehlak edən ölkələrlə dialoq aparırıq. Əlimizdə olan bütün vasitələri nəzərdən keçirəcəyik”, - o, Amerikadan enerji tədarükünün mümkün olub-olmaması ilə bağlı suala cavab verib.
Jan-Pyer əlavə edib ki, "konkret məlumat verə bilməz".
Ağ Evin sözçüsü qeyd edib: “Biz OPEC+ üzvü deyilik, onlar öz qərarlarını verirlər. Vaşinqton əvvəllər bir sıra OPEC+ ölkələri ilə qarşılıqlı əlaqədə olub və neft hasilatının artırılması ilə bağlı “komromis həllə çağırıb.
İndi neft hasil edən ölkələrin əksəriyyətinin enerji qiymətlərini sabitləşdirməsi və yüksək qiymətlərin iqtisadiyyatın bərpasına mane olmamasını təmin etmək vaxtıdır”.
Cümə axşamı iclasda OPEC+ sazişinə daxil olan ölkələr, idxalçıların, ilk növbədə ABŞ-ın neft hasilatını sürətləndirmək çağırışlarına baxmayaraq, ayda 400 min bareldən çox olmayan neft hasilatını bərpa etmək planına sadiq qaldılar. Rusiya və Səudiyyə Ərəbistanının ortaq mövqeyi ondan ibarətdir ki, indiki şəraitdə tələbin bir qədər azalması və qiymətlərin düşə biləcəyi səbəblərindən neft hasilatını daha çox artırmaq mümkün deyil.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















