Moody's Rusiyanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb
Moody's Rusiyanın 2021-ci il üçün ÜDM proqnozunu 2,3%-dən 4,8%-ə qədər yaxşılaşdırıb.Beynəlxalq reytinq agentliyi Moody's, Rusiyanın 2021-ci il üçün ümumi daxili məhsul (ÜDM) artımı proqnozunu 2,3%-dən 4,8%-ə yüksəldib, 2022-ci il üçün artım gözləntisini isə 2,2%-ə endirib.
Marja xəbər verir ki, bu barədə agentliyin saytında dərc edilmiş xəbərdə deyilir.
Qeyd edilib ki, xammalın yüksək qiymətləri iqtisadi fəallığa dəstək olacaq.
“Rusiyanın 2-ci rübdə ÜDM artımı gözlədiyimizdən yüksək oldu və bu, proqnozlarımızın yuxarıya doğru yenidən nəzərdən keçirilməsinə səbəb oldu. İndi biz gözləyirik ki, Rusiyanın ÜDM-i 2021-ci ildə 4,8% artacaq və 2022-ci ildə 2,2%-ə düşəcək”, - deyə agentliyin ekspertləri qeyd ediblər.
Moody's 2023-cü ildə Rusiyanın ÜDM artımını 1,5% proqnozlaşdırır.
Bu proqnozlara qlobal əmtəə qiymətlərinin yenidən qalxması və COVID-19 karantindən sonra daxili bazarda canlanma gözləntiləri daxildir.
"İkinci rübdə illik müqayisədə10,5% real ÜDM artımı Rusiyada istehsal həcmini pandemiyadan əvvəlki səviyyəyə qaytarıb" , -məlumatda deyilir.
Agentliyin məlumatına görə, bu ilin sonuna qədər Rusiya iqtisadiyyatı neft hasilatının artması və istehlak tələbinin bərpası hesabına dəstəklənəcək. Eyni zamanda, təchizat məhdudiyyətləri və işçi qüvvəsi çatışmazlığı sənaye sektorunda artım potensialını ləngidir. Agentliyin fikrincə, iqtisadi artım üçün risklər həm də Rusiyada peyvəndin aşağı səviyyədə olması ilə bağlıdır.
“Əhalinin yalnız 33%-i tam peyvənd olunduğundan, peyvəndlə bağlı ləng irəliləyiş ölkənin daha da pisləşən pandemiya riskinə və onun ictimai sağlamlıq və iqtisadiyyata təsirinə qarşı dayanmaq qabiliyyətini azaldır”, - Moody's əlavə edib.
Moody's-in hesablamalarına görə, Rusiyada illik inflyasiya 2021-ci ilin sonunda 6,0%-ə çatacaq, 2022-ci ilin sonunda tədricən 4,3%-ə enəcək. 2021-ci ildə işsizlik səviyyəsi 3,6%-ə çatacaq, 2022-2023-cü illərdə isə 3,5%-ə enəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















