Oktyabrda Çində inflyasiya 1,5% təşkil edib
Çində inflyasiyanın əsas göstəricisi olan istehlak qiymətləri indeksi (CPI) oktyabr ayında illik (ötən ilin oktyabr ayı ilə müqayisədə) 1,5% səviyyəsində qalıb. Marja xəbər verir ki, bu barədə çərşənbə günü Çin Dövlət Statistika İdarəsi məlumat yayıb.
Açıqlanan məlumatlara görə, ölkənin şəhərlərində qiymətlər 1,6%, kənd yerlərində isə 1,2% artıb.
Ötən ilin oktyabr ayı ilə müqayisədə ərzaq məhsullarının qiymətləri 2,4% ucuzlaşıb. Digər malların qiymətləri 2,4 faiz, istehlak mallarının qiymətləri isə 1,6 faiz bahalaşıb. Xidmət sektorunda dinamika 1,4% təşkil edib.
Hesabatdan məlum oldur ki, sentyabr ayı ilə müqayisədə oktyabrda indeks 0,7% artıb.
Oktyabrda Çində mənzil kirayəsi illik müqayisədə 1,7%, nəqliyyat və telekommunikasiya sahəsi 7% artıb. Tibbi xidmətlərin qiymətləri 0,6% artıb. İstehlak səbətinin əsas tərkib hissələrindən biri olan donuz ətinin dəyəri illik müqayisədə 44% azalıb.
Əsas ərzaq məhsulları arasında təzə meyvə demək olar ki, bahalaşmayıb (0,5%). Tərəvəz qiymətləri 15,9%, spirt qiymətləri isə 2,1% artıb.
Rəsmi statistikaya görə, 2019 və 2020-ci illərdə Çində CPI müvafiq olaraq 2,9% və 2,5% təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 21 saat əvvəl
-
23 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















