"2021-ci ildə Rusiyada neft hasilatı 517 milyon tona, qaz hasilatı isə 777 milyard kubmetrə çatacaq"
2021-ci ilin sonuna Rusiyada neft və qaz kondensatı hasilatı 0,8% artaraq 517 milyon ton, qaz hasilatı 12% artaraq 777 milyard kubmetr təşkil edəcək.
Marja xəbər verir ki, bu barədə Rusiya Federasiyasının energetika naziri Nikolay Şulqinov bildirib.
“2021-ci ildə koronavirus dalğalarına baxmayaraq, həm qlobal iqtisadiyyatda, həm də yerli iqtisadiyyatda canlanma müşahidə olunur. Bunu yanacaq-energetika kompleksində istehsal göstəricilərinin artımında da müşahidə etmək olar. İlin sonunda neft və qaz-kondensat hasilatının ötən illə müqayisədə 0,8% artaraq 517 milyon tona çatacağı proqnozlaşdırılır. Qaz hasilatı 777 milyard kubmetr təşkil edəcək, bu, keçən ilin eyni dövrü ilə müqayisədə 12% çox və pandemiyadan əvvəlki ilə (2019) nisbətən daha yüksəkdir",- nazir deyib.
Şulqinov əlavə edib ki, kömür hasilatı 2020-ci illə müqayisədə 8% artacaq və onun ixracı Avropa və Asiya-Sakit okean regionu ölkələrinə tədarük hesabına artacaq.
Nazir bildirib ki, elektrik enerjisi istehsalı 5,6% artaraq 1,123 trilyon kilovatsaata çatacaq.
Energetika Nazirliyi 2021-ci ildə avtomobil benzininin 40 milyon ton, dizel yanacağının isə 80 milyon ton istehsalını gözləyir ki, bu da 2020-ci ilin yanacaq istehsal səviyyəsini üstələyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















