Rusiyadan neft ixracından əldə olunan gəlirlər kəskin artıb
Marja.az Rusiya Federal Gömrük Xidmətinin (FCS) məlumatına istinadən xəbər verir ki, Rusiyanın neft ixracı 2021-ci ilin yanvar-sentyabr aylarında 2020-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 41% artıraraq 77,9 milyard dollar təşkil edib.
2021-ci ilin bu dövrü üçün Rusiya neftinin ixracının fiziki həcmi 5,8% azalaraq 171,37 milyon tona qədər düşüb ki, bu da OPEC+ sazişindən irəli gələn məhdudiyyətlərlə bağlıdır.
Eyni zamanda, neft ixracı sentyabrda avqust ayı ilə müqayisədə dəyər ifadəsində 1,7% azalaraq 9,97 milyard dollara, fiziki ifadədə isə 4,3% azalaraq 19,48 milyon tona düşüb.
130 MİLYARD DOLLARLIQ MÜSBƏT SALDO
Qeyd edək ki, 2021-ci ilin yanvar-sentyabr aylarında Rusiyanın xarici ticarətinin müsbət saldosu 130,3 milyard dollar təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 68,13% (və ya 52,8 milyard dollar) çoxdur.
Hesabat dövründə Rusiya Federasiyasından malların ixracı illik ifadədə 41,4% artaraq 343,8 milyard dollar təşkil edib. İdxalın həcmi 28,9% artaraq 213,5 milyard dollar olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























