Kürdəmirdə arıçılıq təsərrüfatları yaradılıb
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “PAŞA Holdinq”in dəstəyi ilə həyata keçirilən AFAQ (Aqrar Fəaliyyətli Azərbaycan Qadınları) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən həyata keçirilən “ECOserve” (Cənubi Qafqazda kəndlərin davamlı inkişafı üçün təbii sərvətlərin idarəedilməsi və ekosistem xidmətlərinin qorunması) layihələri çərçivəsində Kürdəmir rayonundan olan qadın fermerlərə dəstək göstərilib. Arıçılıq sahəsi üzrə fəaliyyət göstərmək istəyən qadınlar üçün arıçılıq təsərrüfatları yaradılıb.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, yaradılan arıçılıq təsərrüfatları ilə tanış olmaq məqsədi ilə 11 noyabr tarixində Kürdəmir rayonunun Garis-Əyribənd kəndində qadın arıçılarla görüş keçirilib. Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev, Almaniyanın Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini Heiko Schwarz, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Azərbaycan Ofisinin rəhbəri Karin Hörhan və layihələrə müraciət etmiş qadın fermerlər iştirak ediblər.
Görüşdə çıxış edən natiqlər həyata keçirilən layihənin regionlarda məşğulluğun inkişafına və aqrar sektorda qadınların sayının artmasına töhfə verdiyini vurğulayıblar. Layihələr çərçivəsində göstərilən dəstək tədbirləri fermer təsərrüfatlarının inkişafına şərait yaratmaqla yanaşı, həm də yeni təsərrüfatlar yaradaraq ölkədə aqrar sahənin inkişafını stimullaşdırır. Görüşdən sonra iştirakçılar qadın fermerlərin idarə etdikləri təsərrüfatlara baxış keçiriblər.
Layihələr çərçivəsində göstərilən dəstək tədbirlərindən Kürdəmir rayonunun Bağman, Garis-Əyribənd və Karrar kəndlərindən olan və layihələrə müraciət edən qadın fermerlər faydalanıblar. Arıçılıq fəaliyyətinə başlamaq istəyən qadın fermerlər üçün arıçılıq sahəsi üzrə nəzəri və təcrübi modullardan ibarət təlimlər keçirilib. Təlimlər modulunu uğurla tamamlayan qadın arıçılar müvafiq sahə üzrə arı yeşikləri, arı ailələri və müxtəlif ləvazimatlarla (çərçivə, arıçı geyimi, mum əridən qurğu, arı şanı, bal süzən qurğu və s.) təmin olunublar. Həmçinin dəstək göstərilən arıçılar təsərrüfatların dayanıqlığının təmin olunması məqsədilə növbəti 1 il ərzində konsultasiya xidmətindən də yararlana biləcəklər.
Bildirək ki, AFAQ və “ECOserve” layihələri çərçivəsində birgə əməkdaşlığın məqsədi ekosistem xidmətlərinin mühafizəsi, təbii resurslardan səmərəli istifadə, biomüxtəliflik və iqlimin qorunması, ətraf mühitə zərərsiz tədbirlərin həyata keçirilməsi, kənd əhalisinin sosial rifahının yaxşılaşdırılması üçün bilik mübadiləsinin həyata keçirilməsi və regionda qadınlar tərəfindən idarə olunan arıçılıq təsərrüfatlarının yaradılmasıdır.
Qeyd edək ki, AFAQ layihəsi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların dəstəklənməsi, onların bilik və bacarıqlarının artırılması, maliyyə və digər resurslara çıxışlarının asanlaşdırılması məqsədi ilə icra edilir. Bu günədək layihəyə 600-ə yaxın müraciət daxil olub, 145 müraciətçinin təsərrüfatına baxış keçirilərək qiymətləndirmə sorğusu aparılıb. Layihənin tələblərinə cavab verən ümumilikdə 98 təsərrüfat sahibinə isə müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib. Layihə çərçivəsində dəstək tədbirləri bundan sonra da davam etdiriləcək.
“ECOserve” regional proqramı isə Almaniya Federal Hökumətinin Cənubi Qafqazda prioritet sahələrindən biri olan kəndlərin davamlı inkişafı üçün təbii ehtiyatların qorunması və davamlı istifadəsinə yönəlib. Proqramın əhatə etdiyi sahələrə ekoloji siyasət dialoqu, təhsil və təlim, maarifləndirmə və pilot layihələrin icrası daxildir. Azərbaycanda ECOserve proqramı kənd təsərrüfatı torpaqlarının davamlı istifadəsi sistemlərinin tətbiqinə istiqamətlənib. Proqram Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) tapşırığı ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən icra olunur.
Qeyd edək ki, layihələr çərçivəsində göstərilən dəstək tədbirləri bundan sonra da davam etdiriləcək.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















