İtalyan Eni: Neft qiymətləri 100 dollara yüksələ bilər
İtalyanının iri neft şirkəti Eni SpA, enerji şirkətlərinin kafi sərmayə yatırmalarına görə, neft qiymətlərinin qısa müddətə belə olsa, 100 dollar/barel səviyyəsinə yüksələ biləcəyini gözləyir.
Marja.az xəbər verir ki, şirkətin Baş icraçı direktoru Claudio Descalzi, Bloomberg TV-yə etdiyi açıqlamasında, "Bəlkə qiymətlər bu səviyyəyə çata bilər. Ancaq çox uzun müddət bu səviyyədə qala bilməyəcək. Qiymətlər bu qədər yüksəldiyi zaman, bu vəziyyət istehlakçıların enerji istifadəsini azaltmasına gətirib çıxaracaq" deyib.
Xam neft qiymətləri bu il, iqtisadiyyatların koronavirüs pandemiyasından bərpası və böyük istehsalçılardan ibarət OPEC+ koalisiyasının hasilatı azaltması ilə təxminən 60% yüksələrək 80 dolları keçib.
Rusiya Prezidenti Vladimir Bütün keçən ay etdiyi açıqlamasında, 100 dollarlıq neftin "çox mümkün" olduğunu qeyd eedib. Bank of America isə qiymətlərin İyun ayına qədər 120 dollar səviyyəsinə çata biləcəyini gözləyir.
Yüksək enerji qiymətləri inflyasiyanın yüksəlməsinə səbəb olur. Neft qiymətlərinin ABŞ-da yeddi ilin ən yüksək səviyyəsinə çıxmasından narahatlıq keçirən Prezident Joe Biden, OPEC + koalisiyasına istehsalı daha sürətli artırmaları mövzusunda təzyiqini artırır.
Eni SpA-nın rəhbəri Descalzi, neft və təbii qaz konfransında iştirak etmək üçün olduğu Abu Dabidə etdiyi açıqlamasında, "Qiymətlər zəif təklif ilə əlaqədar olaraq yüksəkdir. Yeddi il ya da daha uzun müddətdir, sektor kifayət qədər sərmayə yatırmadı. 2013-cü ildə yatırdığımızın 50%-i qədər sərmayə qoyuruq" deyib.
Descalzi, qlobal neft istehlakının gündəlik 100 milyon barelə yaxınlaşdığını ya da rekord səviyyələrə yaxın olduğunu sözlərinə əlavə edib.
Təklif və tələb arasında fərq olduğunu söyləyən Descalzi, "Neft şirkətlərinin təkrar sərmayəyə başlamaları zaman tələb edir" deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















