Almaniya şirkəti "yaşıl" enerjiyə 50 milyard avro sərmayə qoyacaq
Almaniyanın ən böyük elektrik enerjisi istehsalçısı olan RWE, yeni strategiyası çərçivəsində 2030-cu ilə qədər "yaşıl" enerjinin inkişafına 50 milyard avro sərmayə yatırmağı planlaşdırır.
Marja xəbər verir ki, bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.
RWE qeyd edib ki, yaxın bir neçə ildə şirkət alternativ enerji mənbələrindən istifadəni genişləndirmək niyyətindədir. İlk növbədə külək enerjisi, günəş enerjisi və hidrogen enerjisinin inkişafına hər il orta hesabla 5 milyard avro sərmayə qoyulması nəzərdə tutulur.
“Yaşıl” enerjinin inkişafı üzrə yeni strategiya sayəsində şirkət yaxın gələcəkdə mənfəətinin əhəmiyyətli dərəcədə artacağını gözləyir.
“Bizim hərtərəfli strateji transformasiyamız uğurla başa çatıb. Biz enerji keçidinin əsas onilliyini fəal şəkildə formalaşdırmaq üçün əla vəziyyətdəyik", - RWE baş direktoru Markus Krebber deyib. “Yaşıl investisiya və böyümə strategiyamızla biz işləri sürətləndiririk və 2030-cu ilə qədər 50 milyard avro sərmayə qoyuruq. Bu, bizə güclü, ekoloji cəhətdən təmiz generasiya gücümüzü 50 giqavata çatdırmağa kömək edəcək”, - deyə o vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















