Satış işçiləri iri şirkətin pullarını mənimsəyib - AÇIQLAMA
“Avrora” MMC-nin Quba rayon filialında yol verilmiş qanunsuzluqlarla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.
Quba Rayon Prokurorluğundan Marja-ya verilən məlumata görə, aparılan istintaqla müəyyən edilib ki, Rəhman Fətəliyev 2018-2019-cu illər ərzində həmin filialın satış üzrə nümayəndəsi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib ona etibar edilən 26 900 manat məbləğində pulu xəzinəyə təhvil verməyərək mənimsəyib.
Həmçinin, Tarlan Amrakhzade həmin filialın satış üzrə bölmə rəhbəri vəzifəsində işləyərkən 2019-cu ilin sentyabr ayında öz qulluq mövqeyindən istifadə edib ona etibar edilən ümumillikdə 6 500 manat məbləğində pulu xəzinəyə təhvil verməyərək öz şəxsi ehtiyyacları üçün xərcləyərək mənimsəyib.
Rəhman Fətəliyev və Tarlan Amrakhzade CM-nin 179.2.3, 179.2.4-cü ( şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
İbtidai istintaq dövründə dəyən ziyanın tam ödənilməsi təmin edilib.
Hazırda cinayət işi aidiyyəti üzrə baxılması üçün Rayon Məhkəməsinə göndərilib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
-
18 d. əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























