Tələbələr üçün “Dünya maliyyə bazarları: mövcüd vəziyyət və perspektivlər” mövzusunda seminar keçirilib
Noyabrın 18-də “İnvest-AZ İnvestisiya Şirkəti” QSC və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) birgə təşkilatçılığı ilə idman menecmenti və kommunikasiya ixtisası üzrə təhsil alan tələbələr üçün “Dünya maliyyə bazarları: mövcüd vəziyyət və perspektivlər” mövzusunda seminar keçirilib.
İdman menecmenti və kommunikasiya kafedrasının müdiri m.e.d., professor əvəzi Nailə Kələntərli çıxışında təşkil olunan seminarın bakalavriat səviyyəsinin “İdman menecmenti və kommunikasiya” ixtisası üzrə təhsil alan tələbələrin idman sahəsində əldə etdikləri nəzəri bilik və bacarıqların artırılması, müasir dövrün tələbinə uyğun mütəxəssis kimi formalaşması, bazar iqtisadiyyatı konteksində iqtisadi proseslərin təhlilinin seçdikləri elm sahəsi üzrə tətbiq imkanlarının öyrənilməsi baxımından vacibliyini vurğulayıb və tələbələrə yaradılmış şəraitdən istifadə edərək seminarda aktiv olmağı tövsiyə edib.
Kafedranın əməkdaşı i.ü.f.d, dosent Vüqar Nəzərov çıxış edərək ölkəmizin maliyyə bazarları, mövcud investisiya imkanları və iqtisadiyyatda önəmləri barədə seminar iştirakçılarına ətraflı məlumat verib. Daha sonra İnvest-AZ İnvestisiya şirkətinin Tədris və analitika departamentinin baş mütəxəssisi phD. Rövşən Məmmədov seminar iştirakçılarına Beynəlxalq Maliyyə bazarlarındakı yatırım imkanlarından, analiz üsullarından məlumat verib, gələcəyin maliyyəçilərinə dünya maliyyə bazarlarına onlayn çıxış imkanlarını izah edib.
Həmçinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası rəhbərliyi tələbələrin maarifləndirilməsi istiqamətində göstərdikləri dəstəyə görə İnvest-AZ İnvestisiya Şirkətinə təşəkkür edib və belə seminarların gələcəyin iqtisadiyyatçıları üçün önəmini bir daha vurğulayıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
-
14 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























