Türkiyə əhalisi Lirənin zəifləməsinə baxmayaraq, Ərdoğanı fəal şəkildə dəstəkləyirlər
İlin əvvəlindən Türkiyə valyutası 70% devalvasiyaya uğrayıbTürkiyə sakinləri Türk lirəsinin ucuzlaşmasına baxmayaraq, sosial şəbəkələrdə Prezident Rəcəb Tayyib Ərdoğan hökumətinə dəstək ifadə edirlər.
Marja xəbər verir ki, “Twitter” platformasında “Dövləti dəstəkləyirəm” kimi tərcümə olunan “Devletimin Yanindayim” həştəqi son 24 saat ərzində sürətlə aktivləşib. 12 saatdan az müddətdə 900 minə yaxın istifadəçi sosial şəbəkədə bu heşteqlə yazı dərc edib.
"Twitter"də respublikada iqtisadi vəziyyətin pisləşməsi ilə bağlı çağırışdan istifadə edənlər də var. Belə istifadəçilər "Sokakda" (Küçədə) heşteqindən istifadə edirlər. Belə istifadəçilər üç dəfədən çox azdır - 294 min nəfər.
Ticarət məlumatları göstərir ki, Türkiyənin milli valyutası lirənin ABŞ dollarına nisbətdə məzənnəsi üçüncü gündür enişlə başlayır. Dünən və bugün Dollar 13 irəni keçib.
İlin əvvəlindən Türkiyə valyutası 70% devalvasiyaya uğrayıb. Yanvar ayında 1 dollara təxminən 7,3 lirə verilirdi.
Ötən həftə Türkiyənin Mərkəzi Bankı əsas faiz dərəcəsini 16%-dən 15%-ə endirib. Prezident Tayyib Ərdoğan faiz dərəcələrini “xalq üçün bədbəxtlik” hesab edərək, aktiv şəkildə azaldılmasının tərəfdarıdır. Mərkəzi Bank da öz növbəsində ənənəvi olaraq rəsmiləri inandırır ki, uçot dərəcəsinin aşağı salınması maliyyə göstəricilərinə mənfi təsir göstərəcək və həll yolu deyil.
Lirənin ucuzlaşması fonunda müxalifət ölkənin hazırkı rəhbərliyinin iqtisadi problemlərin öhdəsindən gələ bilməyəcəyini düşünərək növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsinin zəruriliyi məsələsini gündəmə gətirib. Ərdoğan isə erkən seçkilərin 2023-cü ildə vaxtında keçiriləcəyini deyib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 39 d. əvvəl
-
- 47 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
2 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma






.jpg)
.jpg)



.jpg)





.jpg)







