Azərbaycanda 8 bankın xüsusi ehtiyatlara ayırmaları artıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 8-nin bu ilin yanvar-sentyabr aylarında xüsusi ehtiyatlara ayırmaları ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.
Bunlar “Unibank”, “PAŞA Bank”, “Turan Bank”, “Bank Avrasiya”, “Zıraat Bank Azərbaycan” və “Rabitəbank” ASC-lər, “Access Bank” QSC, eləcə də İran Milli Bankının Bakı filialıdır. Ən yüksək dinamika “Unibank”da (7,3 dəfə), ən aşağı dinamika isə “Rabitəbank”da (0,7%) qeydə alınıb.
6 bankın – “Naxçıvan Bank”, “Günay Bank”, “Express Bank”, “Muğan Bank”, “Azərbaycan Beynəlxalq Bankı” və “Xalq Bank” ASC-lərin, “Yapı Kredi Bank Azərbaycan” QSC-nin isə xüsusi ehtiyatlara ayırmaları azalıb. Ən çox azalma “Xalq Bank”da (70,3%), ən az azalma isə “Naxçıvan Bank”da (5,8%) qeydə alınıb.
3 bankın – “Bank of Baku” və “Premium Bank” ASC-lərin, Pakistan Milli Bankının Bakı filialının xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti müvafiq olaraq 15,9 dəfə, 53,1% və 6 dəfə artıb, 1 bankın – “Bank VTB Azərbaycan” ASC-nin isə xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 42,3% azalıb.
2 bank – “Azərbaycan Sənaye Bankı” və “Kapital Bank” ASC-lər bu ilin yanvar-sentyabr aylarında xüsusi ehtiyatlara üzrə vəsait ayırıb, ötən ilin eyni dövründə qənaət edib, 6 bank – “AFB Bank”, “Azər-Türk Bank”, “Bank BTB”, “Bank Respublika”, “Muğan Bank” və “Yelo Bank” ASC-lər isə bu ilin 9 ayında xüsusi ehtiyatlar üzrə qənaət edib, ötən ilin eyni dövründə vəsait ayırıb. Odur ki, bu bankların xüsusi ehtiyatlar üzrə ayırmalarının / qənaətinin dinamikasını hesablamaq mümkün olmayıb.
10 bank xüsusi ehtiyatlara vəsait ayırmayıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 10-u bu ilin yanvar-sentyabr aylarında xüsusi ehtiyatlara vəsait ayırmayıb.
Bunlar “Azər-Türk Bank”, “Muğan Bank”, “Bank BTB”, “AFB Bank”, “Bank VTB Azərbaycan”, “Bank Respublika”, “Bank of Baku”, “Premium Bank” və “Yelo Bank” ASC-lər, eləcə də Pakistan Milli Bankının Bakı filialıdır.
Başqa sözlə, bu banklar xüsusi ehtiyatlara ayırmalar üzrə qənaət ediblər. Bu baxımdan ən yüksək göstərici “Yelo Bank”da (9,817 milyon manat), ən aşağı göstərici isə Pakistan bankında (12 min manat) qeydə alınıb.
Qalan 16 bank isə müxtəlif məbləğlərdə ehtiyatlar yaradıb. Ayırmaların ən yüksək həddi “Kapital Bank” ASC-də (100,927 milyon manat), ən aşağı həddi isə “Express Bank”da (443 min manat) qeydə alınıb.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 33 d. əvvəl
- 34 d. əvvəl
-
-
42 d. əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
-
15 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Rəsmi məzənnələr açıqlandı
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!























