MİDA "Günay Bank" ilə əməkdaşlıq müqaviləsi imzaladı
Güzəştlə mənzil əldə etmək hüququna malik şəxslərə təklif olunan güzəştlərdən biri Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən güzəştli ipoteka kreditidir.
“Güzəştli mənzil” sistemində qeydiyyata alınaraq şəxsi elektron kabinetə sahib olmuş vətəndaşlara bu güzəştdən yararlanmaq imkanı İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları sırasına daxil olan və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyindəki “MİDA” MMC ilə müvafiq əməkdaşlıq müqaviləsi imzalayan kredit təşkilatları tərəfindən təmin edilir.
Vətəndaşların rahatlığını təmin etmək məqsədilə MİDA bu sahədə əməkdaşlıq etdiyi bankların dairəsini genişləndirməkdə davam edir. “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalamış növbəti maliyyə təşkilatı “Günay Bank” ASC oldu. Bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin yaydığı məlumatda bildirilir.
1992-ci ildə fəaliyyətə başlayan Günay Bank öz müştərilərinə bütün növ bank-maliyyə xidmətlərini təqdim edir. Hazırda “Günay Bank”-ın nəzdində Müştəri Xidmətləri Departamenti, 10 filial, 4 şöbə və 4 valyuta mübadilə məntəqəsi fəaliyyət göstərir.
Beləliklə, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına vətəndaşlara güzəştli ipoteka kreditinin verilməsi ilə bağlı “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalamış bankların sayı 8-ə çatdı. Daha öncə analoji müqavilələr “Kapital Bank” ASC, “Azər-Türk Bank” ASC, “Bank VTB (Azərbaycan)” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “TuranBank” ASC, “PAŞA Bank” ASC və "Rabitəbank" ASC ilə bağlanmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 24 d. əvvəl
- 27 d. əvvəl
- 29 d. əvvəl
- 30 d. əvvəl
- 33 d. əvvəl
- 34 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib












.jpg)







