Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri gələn həftə Moskvada görüşəcək
“Biz bu gün çox konstruktiv işlədik. Bu, bu gün mövcud vəziyyətin dərin analizi idi”.
Bunu Rusiya prezidenti Vladimir Putin Soçidə keçirilən üçtərəfli görüşün yekunları ilə bağlı mətbuat konfransında bildirib.
“Razılaşdığımız bir sıra məsələlərlə bağlı qeyd etmək istəyirəm. Bu, əsas məsələlər sayılır. Onlardan birincisi bu ilin sonuna kimi Azərbaycan və Ermənistan arasındakı sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı mexanizmlərdir. Razılaşdıq ki, bu ilin sonuna kimi bu mexanizmləri yaradaq. Ümid edirəm ki, bu, tez bir zamanda baş verəcək. Bu mexanizmlərin yaradılmasına heç bir maneə yoxdur.
İkinci məsələ isə, həssas olan humanitar xarakterli məsələdir. Burada da biz nəzərəçarpacaq dərəcədə irəli getdik. Və nəhayət üçüncü məsələ, biz iqtisadi xarakterli məsələlərlə bağlı, iqtisadi əlaqələrin inkişafı və hər şeydən öncə ilk addım kimi nəqliyyat dəhlizlərin açılmasını barədə ətraflı danışdıq. Bura dəmiryolları, avtomobil nəqliyyatı aiddir. Düşünürəm ki, burada bizim baş nazirin müavinlərinə təşəkkür etməliyik, hansılar ki, olduqca uzun müddətidir ki, bu məsələ üzərində işləyirlər. Gələn həftə onlar bizim növbəti razılığımız əsasında bır sıra yekun nəticəyə gəlmək və bu gün razılaşdığımız qərarları elan etmək üçün Moskvada toplaşacaqlar. Bir daha bugünki işə görə Azərbaycan prezidentinə və Ermənistan baş nazirinə təşəkkürümü bildirirəm”, - deyə Rusiya prezidenti qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub












.jpg)











