AccessBank Qarabağın dirçəlişinə dəstək olur
AccessBank mikro sahibkarlarla, xüsusilə də kənd təsərrüfatı sektorunda işləyənlərlə uzun illərin əməkdaşlığını, eləcə də ölkənin qərb bölgələrində filiallarının olmasını nəzərə alaraq, Qarabağda biznes fəaliyyətinin bərpasında sahibkarlarla fəal əməkdaşlıq etmək niyyətindədir.Ölkənin məsuliyyətli korporativ vətəndaşı kimi AccessBank Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qarabağın dirçəlişinə dəstək olur.
AccessBank hələ Vətən müharibəsinin ilk günlərində Azərbaycanın bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə zərər çəkmiş şəxslərə yardım məqsədilə 200 min manat vəsait ayırıb. Bankın yaydığı məlumata görə, bu vəsait hərbi hospitallara və cəbhəyani ərazilərdə yaralılara ilkin yardım göstərmək üçün dərman və tibbi ləvazimataların alınmasına xərcləndi. Vəsaitin bir hissəsinə isə hərbçilərin ilkin ehtiyaclarını ödəmələri üçün mallar alınıb.
AccessBank müharibədən zərərçəkmiş mülki şəxslərə də humanitar yardım göstərib Bank tərəfindən zərərçəkmiş Bərdə və Ağcabədi sakinlərinə gündəlik tələbatlarını ödəmək üçün adyal, kiçik məişət texnikaları və birdəfəlik qab-qacaq göndərilib.
44 günlük müharibə başa çatdıqdan sonra da AccessBank-ın əməkdaşları bu istiqamətdə - bu dəfə müharibənin nəticələrinin aradan qaldırılması və Qarabağın bərpası üçün fəaliyyətlərini davam etdirib. Bank tərəfindən unikal tibbi avadanlıqlar alınaraq İdman və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası nəznində İdman və Reabilitasiya Mərkəzinə təhvil verilib, onların köməyi ilə əsgər və zabitlər əməliyyatlardan sonra reabilitasiyada keçərək ayağa qalxıblar.
Vətən müharibəsinin ildönümündə isə AccessBank Qarabağ Dirçəliş Fonduna 100 min manat ianə edib. Lakin bankın bu istiqamətdə fəaliyyəti bununla bitmir. AccessBank mikro sahibkarlarla, xüsusilə də kənd təsərrüfatı sektorunda işləyənlərlə uzun illərin əməkdaşlığını, eləcə də ölkənin qərb bölgələrində filiallarının olmasını nəzərə alaraq, Qarabağda biznes fəaliyyətinin bərpasında sahibkarlarla fəal əməkdaşlıq etmək niyyətindədir.
“Bankımızın kollektivi 44 günlük kampaniyada xalqın yanında oldu. Həmkarlarımızı cəbhəyə necə yola saldığımızı və onların qayıtmasını səbirsizliklə gözlədiyimizi indi də xatırlayıram. Təəssüf ki, hamısı geri dönmədi... Allah dünyasını dəyişənlərin ruhunu şad eləsin! Əminəm ki, işğaldan azad edilmiş rayonların sakinləri tezliklə evlərinə, normal həyatlarına qayıdacaqlar. İyirmi ildir ki, Azərbaycanda mikrokreditləşmə ilə məşğul olan və bu sahədə lider mövqeyə malik AccessBank üçün ölkənin regionlarında sahibkarlara və ailə biznesinə dəstək çox vacibdir. İşğaldan azad edilmiş rayonlarda sahibkarların, o cümlədən kənd təsərrüfatının dəstəklənməsi işi bankımızın sosial missiyasının mühüm tərkib hissəsinə çevrilir” - deyə AccessBank-ın İdarə Heyətinin sədrinin vmie Yevgeniya Qaşikulina bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 2 d. əvvəl
- 3 d. əvvəl
-
-
11 d. əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 29 d. əvvəl
- 40 d. əvvəl
- 43 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 saat əvvəl
-
14 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Rəsmi məzənnələr açıqlandı
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!























