ABŞ OPEC+-ın neft hasilatını artırmağa davam etmək qərarını alqışlayır
ABŞ hökuməti OPEC+-ın yanvarda saziş tərəflərinin gündəlik neft hasilatının artımını 400 min barel dəyişməz saxlamaq qərarını alqışlayır. Eyni zamanda, Amerika prezidenti Co Bayden yanacağın qiymətini azaltmaq üçün əlavə tədbirlər görməyə hazırdır.
Marja.az xəbər verir ki, bu barədə cümə axşamı Ağ Evin mətbuat katibi Cen Psaki növbəti brifinqdə bildirib.
“Biz son həftələrdə qiymət artımlarının təzyiqinə cavab vermək üçün tərəfdaşlarımız - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digər OPEC+ ölkələri ilə sıx koordinasiyanı yüksək qiymətləndiririk. Biz hasilatın sutkada 400 min barel artımını saxlamaq üçün qəbul edilən qərarı alqışlayırıq. Hesab edirik ki, bu yaxınlarda strateji ehtiyatlardan neftin koordinasiyalı şəkildə satışa çıxarılması dünyada iqtisadi canlanmaya töhfə verəcəkdir”, - Psaki deyib.
"Prezident amerikalılar üçün qiymətləri aşağı salmaq və güclü iqtisadi dirçəlişimizi davam etdirmək məqsədilə digər ölkələrlə işləmək üçün əlindən gələni etməkdə qərarlıdır" - Psaki əlavə edib. O, aydınlaşdırıb ki, ABŞ strateji ehtiyatlardan 50 milyon barel neftin çıxarılması ilə bağlı planlara yenidən baxmaq niyyətində deyil.
OPEC+ ölkələri avqust ayından başlayaraq neft hasilatını ayda 400 min barel bərpa edir. Bu planın 2022-ci ilin yazına qədər saxlanması planlaşdırılır. Bununla belə, yüksək qeyri-müəyyənlik səbəbindən OPEC+ nazirləri hər ayın əvvəlində onu təsdiqləmək və ya növbəti dövr üçün nəzərdən keçirmək üçün onlayn konfransa toplaşırlar. OPEC+ ölkələri yanvarda neft hasilatını sutkada 400 min barel artırmağa davam edməyi təsdiqləyiblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)













.jpg)
