4 BOKT-un balans kapitalı 10 milyon manatdan çoxdur
2020-ci ildə Azərbaycanda fəaliyyət göstərmiş və illik maliyyə hesabatını açıqlamış 42 BOKT-dan 5-nin bu il yanvarın 1-nə balans kapitalı 10 milyon manatdan çoxdur.
Bunlar “Aqrarkredit” (24,43 milyon manat), “Embafinans” (15,763 milyon manat), “FİNKA Azərbaycan” (15,501 milyon manat) və “M Bulak”dır (13,289 milyon manat).
21 BOKT-un balans kapitalı 1-10 milyon manat arasında, 17 BOKT-un balans kapitalı 1 milyon manatdan azdır.
8 BOKT - “Aset Maliyyə Texnologiyaları”, “Azəri Star Mikromaliyyə”, “Azpul”, “Caspian İnvest”, “Finans Kredit”, “Omni Finance”, “Para” və “Pro Kredit” 2020-ci ilin, 1 BOKT – “Fintrend” isə 2019-cu ilin hesabatını verməyib, 4 BOKT - “Azfinans”, “Azkredit”, “FNC” və “Nas Project” mikromaliyyə bazarına 2021-ci ildə, 4 BOKT - “Azpul”, “Finans Kredit”, “Optimal Finance” və “Prior Credit” isə 2020-ci ildə daxil olub.
***
2019-2020-ci illərdə bazarda olmuş və hesabat vermiş 39 BOKT-dan 20-si ötən il balans kapitalını artırıb. Bunlar “Birkart”, “Kredex”, “International”, “Brand Credit”, “TCF”, “Falcon Finance”, “Regional”, “City Finance”, “PSG Finans”, “İdeal Kredit”, “Finex Kredit”, “Kəpəz”, “MCB”, “TBC Kredit”, “Viator Mikro-Kredit Azərbaycan”, “Azmikroinvest”, “Premier Kredit”, “Aqrarkredit”, “Asel Kredit” və “Qafqaz Kredit”dir. Ən yüksək dinamika “Birkart”da (13,6 dəfə), ən aşağı dinamika isə “Qafqaz-Kredit”də (1,3%) qeydə alınıb.
1 BOKT-un - “Viza Kredit”in kapitalı “Mənfi”yə düşüb, odur ki, onun kapitalının dinamikasını hesablamaq mümkün olmayıb.
Qalan 18 BOKT-un isə balans kapitalı azalıb. Ən çox azalma “Union Kredit”də (99,6%), ən az azalma isə “Embafinans”da (1,1%) qeydə alınıb.
"Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 d. əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
43 d. əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
Ən çox oxunanlar
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

























