"Fed tam məşğulluq hədəfinə çatmadan faizi artıra bilər"
Dünən ABŞ Mərkəzi Bankının (Fed) başa çatan yığıncağından sonra sədr Cerom Pauel mətbuat konfransında çıxış edib.
"Aktiv (qiymətli kağızlar) alışlarının azaldılması sürətini artırmağa qərar verdik. İqtisadi inkişaflar və proqnozlardakı dəyişmələr pul siyasətində dəyişikliyi tələb etdi", -Pauel çıxışının əvvəlində deyib.
Marja-nın məlumatına görə, Fed sədri bildirib ki, iqtisadi fəaliyyət, bu il güclü bir sürətlə genişləməyə davam etməkdədir və cəmi tələb çox güclü qalmaqdadır.
"Son dövrdə həm Covid-19-a yoluxanların artması və Omikron variantının ortaya çıxması ilə risklər yaranmışdır. Virusun təsirlərinə və təklif tərəfindəki məhdudiyyətlərə baxmayaraq sürətli bir iqtisadi artım nəzərdə tuturuq. İqtisadi artım üzrə bu il üçün proqnoz 5,5%, gələn il üçün isə 4% olaraq müəyyən olunub".
Pauel bildirib ki, əmək bazarı şərtləri inkişaf edir və işçilərə daha çox ehtiyac var: "Maksimum məşğulluq tərəfində güclü addımlar atırıq. Məşğulluq artımı son aylarda güclüdür. İşsizlik isə çox böyük nisbətdə düşüb. Son yığıncağımızdan bəri 0,6 bənd azalıb. Fed tam məşğulluq hədəfinə çatmadan faizi artıra bilər.
Maaşlar sürətli bir şəkildə artır. İşçi tapmaq probleminin daha nə qədər davam edəcəyi müəyyən deyil. Komitə iştirakçıları olaraq, qarşıdakı dövrlərdə əmək bazarının yaxşılaşmaya davam etməsini gözləyirik. İşsizlik nisbəti üzrə ilin sonu proqnozumuz 3,5%-ə düşmüşdür.
Tələb və təklif tərəfindəki balanssızlıqlar, pandemiya və açılmalara bağlı olaraq inflyasiyaya yüksəlib. Bunun bir nəticəsi olaraq inflyasiya 2%-lik hədəfimizin çox üzərindədir. Gələn il də yüksək ehtimalla bu şəkildə qalmağa davam edəcək. Yüksək inflyasiyanı tətikləyən faktorlar pandemiyadan qaynaqlanmaqdadır. Qiymət artımları bir çox mal və xidmətdə görülməkdədir."
Xəbər verdiyimiz kimi, ABŞ Mərkəzi Bankı (Fed) faizini dəyişdirməyərək sıfır səviyyəsinə yaxın (0 - 0,25%) saxlayıb. İqtisadçılar və bazarlar da Fed-in faizini dəyişməz saxlayacağını gözləyirdilər.
Amma Fed üzvləri 2022-ci ildə faizin 3 dəfə, 2023-cü ildə də 3 dəfə artırılacağını gözləyirlər. Beləliklə, 2023-cü ilin sonuna qədər faizin ən az 6 dəfə artırılacağı nəzərdə tutulur. Fed üzvləri 2022-ci ildə uçot dərəcəsinin 0,75% - 1%-ə qədər artacağını gözləyirlər. Fed qiymətli kağız alışlarınının azaldılmasını da sürətləndirir. Belə ki, Fed aylıq qiymətli kağız alışlarının azaldılması sürətini 2 dəfə artıraraq 15 milyard dollardan 30 milyard dollara yüksəldib. Yəni, qiymətli kağızların alışları aylıq 90 milyard dollardan 60 milyard dollara endiriləcək.
Fed-in qərar mətnində inflyasiyanın pandemiya və tədarük zənciri çətinlikləri ilə yüksəldiyi qeyd edilib. Mətndən inflyasiyanın müvəqqəti olduğuna diar ifadələr də çıxarılıb.
Xəbər verdiyimiz kimi, ABŞ-da Noyabr ayında istehlakçı qiymətləri indeksi (inflyasiya göstəricisi) illik 6,8% artım qeyd etmişdir. Bu artım 1982-ci ildən bu yana (son 39 ildə) ən yüksək artımdır.
Müştərilərin xəbərləri
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 gün sonra
-
- 26 d. əvvəl
- 32 d. əvvəl
-
42 d. əvvəl
“Azvvallet” şirkəti cəzalandırıldı - Xidmətinin dayandırılması barədə göstəriş verildi
- 47 d. əvvəl
-
48 d. əvvəl
Ermənistan Rusiya ilə birgə Türkiyə və Azərbaycana gedən dəmir yollarını bərpa etməyə ümid edir
-
56 d. əvvəl
AccessBank rəhbərliyi Gənclər Gününü Bakı Ali Neft Məktəbinin tələbələri ilə birlikdə qeyd etdi
-
1 saat əvvəl
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq - BAKIYA QAR YAĞACAQ
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Azərbaycanda lizinq haqqında yeni qanun qəbul olunacaq
“Azvvallet” şirkəti cəzalandırıldı - Xidmətinin dayandırılması barədə göstəriş verildi
AccessBank rəhbərliyi Gənclər Gününü Bakı Ali Neft Məktəbinin tələbələri ilə birlikdə qeyd etdi
Ən çox oxunanlar
Tükiyədə inflyasiya sürətlənib
Banklar illik faiz gəlirlərini nə qədər artırıb?
"Hindistan Rusiya neftinin alınmasını dayandırmağa razılaşıb"
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının yeni məbləğini açıqladı
“Aztelekom” avadanlıqlarını “Huawei” ilə yeniləməyə başlayıb
Azərbaycan neftinin son qiyməti



















