Turizm Bürosu aviabiletlərin bahalaşmasının səbəbini açıqlayıb
"Hotellərin və aviaşirkətlərin qiymət siyasəti kommersiya komponentidir və dövlət tərəfindən idarə olunmur".
Bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib.
Onun sözlərinə görə, hazırda qarşıda gələn Yeni il bayramını nəzərə alaraq, aviaşirkətlər biletlərin qiymətini artırıb, bu da onların çəkdikləri xərclərin qarşılanması ilə izah olunur.
"Lakin vəziyyət yaxşılaşdıqca qiymətlər yenidən enəcək. Ümumilikdə, təkcə Azərbaycanda deyil, əksər Avropa ölkələrində uçuşların sayı təxminən 30% azalıb. Pandemiya zamanı hotellər də xeyli zərər çəkib. Bəli, qeyd etmək lazımdır ki, bu il vəziyyət nisbətən yaxşılaşır, lakin post-pandemiya dövrü təxminən il yarım davam edəcək. Ümid edirik, 2023-cü ildə təkcə Azərbaycanda deyil, bütün dünyada turizm sektoru 2019-cu ilin səviyyəsinə qayıdacaq", - deyə F. Zenqstşmid qeyd edib.
Büro rəhbəri onu əlavə edib ki, pandemiya səbəbindən insanlar getdikcə daha çox daxili turizmə müraciət edir, lakin vəziyyət getdikcə yaxşılaşır.
"Turizm agentlərinin və mehmanxanaların rəylərinə əsasən, bu il tələbin artımı baxımından müsbət tendensiyalar görürük. Təbii ki, bəzi bazarlar bizim üçün hələ də bağlıdır. Avropalılar da çox səyahət etmir. İndi bizim üçün əsas istiqamətlər Rusiya, Türkiyə, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Səudiyyə Ərəbistanıdır ki, bu ölkələrdən Azərbaycana səyahət edirlər. İnanırıq ki, gələn il müsbət tendensiya müşahidə olunacaq və 2023-cü ilin sonunadək vəziyyət normallaşacaq", - deyə F. Zenqstşmid əlavə edib.
Telegramda Marja.az səhifəsinə abunə olun
© APA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























