Gəncə şəhərində ətraf mühitin vəziyyəti açıqlanıb
2020-ci ildə şəhərin su hövzələrindən 17,4 milyon kubmetr su götürülmüşdür. Suyun faktiki istehlakı 12,7 milyon kubmetr olmuşdur.
Gəncə Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, onun 26,8 faizi suvarmada, 2,4 faizi istehsalatda və 70,8 faizi məişət-içməli məqsədlər üçün istifadə edilmişdir. 2019-cu illə müqayisədə təbii mənbələrdən götürülən su 4,3 faiz, istifadə olunan su 4,4 faiz artmış, ondan məişət-içməli məqsədlərə istifadə olunan su 0,4 faiz azalmış, istehsalata sərf olunan su 15,4 faiz, suvarmaya sərf olunan su 18,9 faiz artmış, təmizlənmədən atılan çirkab suların həcmi 1,5 faiz azalmış, nəql zamanı olan itkilər isə 4,2 faiz artmışdır.
2020-ci ildə atmosfer havasına çirkləndirici maddələr atan stasionar mənbələrin sayı 124 ədəd təşkil etmiş və 2019-cu ilə nisbətən 0,8 faiz artmışdır. Həmin mənbələrdən şəhərin atmosferinə 125,0 ton zərərli maddə atılmış, o cümlədən 32,2 tonu, yaxud 25,8 faizi bərk halda, 92,8 tonu, yaxud 74,2 faizi isə qazşəkilli və maye (onlardan 4,0 tonu, yaxud 4,3 faizi kükürd-anhidridi, 46,7 tonu, yaxud 50,3 faizi karbon 2-oksidi, 14,5 tonu, yaxud 15,6 faizi azot 4-oksidi, 25,6 tonu yaxud 27,6 faizi karbohidrogenlər) halda atılmışdır. 2019-cu illə müqayisədə atmosfer havasına atılan çirkləndirici maddələrin miqdarı 6,6 faiz azalmışdır. Adambaşına düşən zərərli tullantıların xüsusi çəkisi 0,4 kiloqram təşkil etmiş və 2019-cu illə müqayisədə dəyişməmişdir.
2020-ci il ərzində stasionar mənbələrdən ayrılan və tutulan (zərərsizləşdirici) maddələrin miqdarı 1638,1 ton təşkil etmişdir.
2020-ci ildə şəhər üzrə atmosfer havasına avtomobil nəqliyyatı tərəfindən atılmış çirkləndirici maddələrin miqdarı 28,7 min ton təşkil etmişdir. Atmosferə atılmış çirkləndirici maddələrin 12,6 min tonu, yaxud 43,9 faizi karbon oksidləri, 3,0 min tonu, yaxud 10,5 faizi azot oksidləri, 11,9 min tonu, yaxud 41,5 faizi karbohidrogenlər, 1,2 min tonu, yaxud 4,2 faizi isə his və qurum halda atılmışdır. 2019-cu illə müqayisədə atmosfer havasına avtomobil nəqliyyatından atılan çirkləndirici maddələrin miqdarı 6,8 faiz azalmışdır.
Həmçinin oxu
Gəncədə ət istehsalı 2 dəfəyə yaxın artıb
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 7 saat sonra
- 17 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti



















.jpg)





.jpg)
