PMD-nin növbəti “Əməkdaşlıq seminarı” baş tutdu
(®) Daha əvvəl elan olunduğu kimi, 17 dekabr tarixində “JW Marriott Absheron Hotel”də PMD tərəfindən təşkil olunan “Əməkdaşlıq seminarı” baş tutub.
Yer məhdudiyyətini və pandemiya şəraitini nəzərə alaraq, 150-yə yaxın şirkətin nümayəndələrinin iştirak etdiyi ənənəvi tədbirin keçirilməsində əsas məqsəd yerli tədarükçülərlə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, icra olunan layihələr barədə seminar iştirakçılarına geniş məlumat vermək, eləcə də “PMD Group” MMC-nin yeni loqosunu və korporativ stilini ictimaiyyətə təqdim etmək idi.
Tədbirdə PMD-nin səlahiyyətli şəxsləri tərəfindən şirkətin artıq həyata keçirdiyi və gələcəkdə icrasını nəzərdə tutduğu təmir, tikinti və bərpa layihələri haqqında məlumatlar verilmiş, tender və satınalmalarda iştirak qaydaları haqqında təlimat xarakterli təqdimat nümayiş etdirilmişdir.
Qeyd edək ki, bu görüş yüksək keyfiyyətli daşınmaz əmlak layihələrini və xidmətlərini təmin etmək, şəffaf və ədalətli biznes təcrübələrinə fokuslanaraq ən yüksək peşəkarlıq standartlarını formalaşdırmaq, tədarükçülərlə güclü və uzunmüddətli münasibətlər qurmaq üçün PMD tərəfindən təşkil olunan 4-cü belə tədbirdir və təkcə yerli tədarükçülərin cəlb olunmasını hədəfləməyən, ümumilikdə iqtisadiyyatın müvafiq sahəsinin inkişafına töhfə verən bir fəaliyyətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 33 d. əvvəl
- 47 d. əvvəl
-
-
54 d. əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
1 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Ən çox oxunanlar
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib


























