Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
“Böhran hər il daha da kəskinləşir. Sənaye istehsalı, ticarət dövriyyəsi getdikcə azalmaqdadır”.
Bunu "Crocus Group”un sahibi, milyarder Araz Ağalarov “Forbes” jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiyada uçot dərəcəsinin yüksək olması biznesin genişləndirilməsinə neqativ təsir edir. Milyarderin fikrincə, uçot dərəcəsini hər rüb 0,25% azaltmaq mümkündür. “Təbii ki, əgər möhtəkirlər dəcəllik edərsə, proses dayandırılmalıdır. Başqa sözlə, bir eksperiment keçirərək optimal variant tapmaq olar. Bu variant rublun məzənnəsinə də, biznesə də mənfi təsir etməməlidir”, - deyə o bildirib.
Müxbirin “Tikinti sektorunda durğunluq olduğu bir vaxtda siz üçüncü “Vegas” ticarət mərkəzini tikməkdə israrlısınız?” sualına iş adamı bu cür cavab verib: “Biz istisnayıq. Çünki biz pulu saymağı bacarırıq. “Sberbank”ın apardığı tədqiqat nəticəsində məlum olub ki, tikintidə ən aşağı maya dəyəri “Crocus Group”dadır. 300 000 kvadratmetr ərazisi olan “Vegas” bizə 300 mln. dollara başa gəldi. Başqa sözlə, 1 kvadratmetrin maya dəyəri 1000 dollar təşkil edir. Bu isə bizim qənaət etməyi bacardığımızı göstərir. Bu səbəbdən “Sberbank” hətta dördüncü “Vegas”ı da kreditləşdirməyə hazırdır”.
A.Ağalarov onu da qeyd edib ki, hazırda onun kredit borcu 1,7 mlrd. dollar təşkil edir. “Biz il ərzində kreditlər üzrə 8 mlrd. rubl ödəyirik. Əvvəllər 4 mlrd. rubl ödəyirdik və özümüzü normal hiss edirdik. O zaman kredit borcumuz 50 mlrd. rubl idi. Lakin rubl zəiflədi və borcumuz 100 mlrd. rubl oldu. Mən hətta xarici valyutada ipoteka krediti olanların mitinqinə qoşulmaq istədim, lakin sonra fikrimdən daşındım, anladım ki, mən başqa çəki kateqoriyasındayam (gülür - red.), məni anlamazlar. İndi kredit götürmək niyyətimiz yoxdur. Böyük ehtimalla, dördüncü “Vegas”ı öz vəsaitimiz hesabına tikəcəyik”, - deyə milyarder bildirib.
ƏLA FÜRSƏT: 17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ
©APA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























