"2022-ci ildə dünya pandemiyanın yeni dalğaları ilə üzləşəcək"
2021-ci il koronavirusun yayılması səbəbindən asan olmadı və qarşıdan gələn ildə dünya pandemiyanın daha bir neçə dalğası ilə üzləşəcək.
Marja.az xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya 1” telekanalının efirində bildirib.
“Həqiqətən, il çətin keçdi, doğrudan da, pandemiya baxımından, yəqin ki, ilin əvvəli də bizim üçün yaxşı heç nə vəd etmir. Aydındır ki, bizi qarşıda müəyyən sayda yeni dalğalar gözləyir”, - deyə o, müsahibəsində bildirib.
Eyni zamanda, Kreml sözçüsü müsbət məqamlara diqqət çəkib. Belə ki, o qeyd edib ki, iqtisadiyyat nöqteyi-nəzərindən Rusiya artıq “COVİD çuxurundan sürünərək çıxıb”. Peskov Rusiya prezidenti Vladimir Putinin hökumətin iqtisadi sıçrayışı təmin etmək üçün tədricən antiböhran idarəçiliyindən sistemli işə keçməyin vaxtı çatdığı barədə sözlərini xatırladıb: “Yəni iqtisadiyyatın inkişafı üçün. Bu, artıq antiböhran yox, iqtisadiyyatın müntəzəm, adi inkişafıdır. Bu, əslində, əsas məqsəddir".
"Bununla yanaşı, nə qədər çətin olsa da, əhalinin sərəncamında olan real gəlirlər artmağa başlayıb", - Kreml sözçüsü bildirib. "Təvazökarlıqla, kifayət deyil, amma artım var", -ə lavə edib.
Dövlət başçısının sözçüsü etiraf edib ki, inflyasiya bu artımı böyük ölçüdə silib. Onun sözlərinə görə, inflyasiya Rusiya hökuməti üçün "böyük başağrısı"dır. “
"Bu, Prezidentin hər gün qayğısına qaldığı şeydir. Lakin biz özümüzü qlobal kontekstdən çıxara bilmirik və inflyasiya indi bütün dünyanın əziyyət çəkdiyi xəstəlikdir”, - deyə Kremlin sözçüsü təəssüflə bildirib.
Eyni zamanda o vurğulayıb ki, Rusiya hakimiyyəti daha çox ehtiyacı olanlara yardım göstərməkdə davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır




















