Sumqayıt Kimya Sənaye Parkının Peşə Təhsil Mərkəzində ixtisasların sayı artırılıb

Yanvarın 12-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Sumqayıt Kimya Sənaye Parkının Peşə Təhsil Mərkəzinə media-tur təşkil edilib.
Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsini icra edən Yadullah Babayev media nümayəndələrinə Mərkəzin fəaliyyəti haqqında məlumat verib.
Vurğulanıb ki, 2020-ci ilin 14 sentyabr tarixində Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə Peşə Təhsil Mərkəzinin açılışı olub. 6 korpusdan ibarət olan Mərkəz 500 nəfər tələbənin təhsil alması üçün nəzərdə tutulub. Korpuslarda 23 tədris otağı, 13 laboratoriya, kitabxana, kompüter otağı, akt zalı, yeməkxana, idman zalı və inzibati otaqlar var.
Peşə Təhsil Mərkəzi Sumqayıt Kimya Sənaye Parkının ərazisində yaradılmış ilk təhsil müəssisəsidir və sənaye müəssisələrinin tam əhatəsində yerləşir. Təhsil müəssisəsinin tələbələri mütəmadi olaraq bu sənaye müəssisələrində təcrübə-dərs proqramlarında iştirak edir və nəzəri biliklərini praktik əsaslarla təkmilləşdirirlər. Mərkəzdə çalışan müəllimlərin əksəriyyəti bu sənaye müəssisələrinin peşəkar mühəndisləridir.
İlk tədris ilində (2020-2021-ci illər) Peşə Təhsil Mərkəzində 5 ixtisas üzrə kadr hazırlığı həyata keçirilirdisə, 2021-2022-ci tədris ilində kadr hazırlığı aparılan ixtisasların sayı 8-ə çatdırılıb. Hazırda Peşə Təhsil Mərkəzində torna və frezer dəzgahların, proqramla idarə olunan dəzgahların operatoru, sənayedə quraşdırma işləri üzrə usta, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, avtomatika üzrə usta, aqroservis mütəxəssisi, isitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı, veb dizayner və proqram təminatçısı ixtisasları üzrə 150-dən çox tələbə təhsil alır. Təhsil müddəti 1 ildir və qəbul müsahibə yolu ilə həyata keçirilir. Müsahibədə tam orta təhsilli şəxslər iştirak edirlər. Tədris müddətində dövlət sifarişi əsasında təhsil alan tələbələr təqaüdlə təmin edilirlər.
Peşə Təhsil Mərkəzi bir çox sənaye müəssisələri ilə əməkdaşlıq edir. Mərkəzin savadlı və təcrübi dərslərdə fəal olan tələbələrin əməkdaşlıq edilən sənaye müəssisələrində işlə təmin olunması üçün müvafiq tədbirlər görülür.
KİV nümayəndələri Peşə Təhsil Mərkəzində yaradılan şərait, dərs prosesi, laboratoriyalar və s. tanış olub, tələbələrin Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC-də keçdikləri təcrübə proqramında iştirak ediblər.
Müştərilərin xəbərləri

“PAŞA Holding” tərəfindən təşkil edilən “Əlaçı” Təqaüd Proqramının 2025-2026-cı tədris ili üçün açılış tədbiri keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 5 gün sonra
-
5 gün sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
-
1 saat əvvəl
Saxo Bank: Bir il ərzində qızılın unsiyasının qiyməti 5 min dollara çata bilər
- 2 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan-Oman İnvestisiya üzrə İşçi Qrupunun yaradılması qərara alınıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Qızıl ilə bərabər gümüş də "parlayır": Qiyməti rekorda yaxınlaşır
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Kişi həmişə qabaqda getməlidi" fikirinə görə TV-yə xəbərdarlıq edildi
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Əliyev və Putin Tacikistanda görüşəcək

AzVak-da yeni vakansiyalar

Nəhəng bankdan qızıl investorlarına xəbərdarlıq: "Rekordlar normal deyil, bu, bir xəbərdarlıq siqnalıdır”

Qızıl ilə bərabər gümüş də "parlayır": Qiyməti rekorda yaxınlaşır
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Dövlət şirkəti “Azərpoçt” da “Temu”dan alınan malları daşıyacaq

“PAŞA Holding” tərəfindən təşkil edilən “Əlaçı” Təqaüd Proqramının 2025-2026-cı tədris ili üçün açılış tədbiri keçirilib

Bakcell lotereyasında “Zeekr 001” üçün geri sayım başladı!
