Delta Hava Yolları 408 milyon dollar zərər etdiyini açıqlayıb
ABŞ-ın hava yolu şirkəti "Delta Airlines", Covid-19-un Omikron variantının sürətlə yüksəldiyi 2021-ci ilin son rübündə 408 milyon dollar zərər edib.
Marja xəbər verir ki, qərargahı Atlantada yerləşən hava yolu şirkəti "Delta Airlines", Omikron variantına görə bir çox uçuşun ləğv edildiyi 2021-ci ilin son rübündə 408 milyon dollar zərəri olduğunu və yeni ilin ilk rübündə mənfəət gözlənilmədiyini açıqlayıb.
Şirkət 2022-ci ilə qədər xərclərin kəskin artacağını, yanacaq xərclərinin 2019-cu ilə nisbətən 15 faiz çox olacağını proqnozlaşdırıb.
Şirkətin Baş İcraçı Direktoru Ed Bastian, son dörd həftədə 8 min işçinin Covid-19-a yoluxduğunu qeyd edərək, "Xəstə işçilər və qış şərtləri 24 dekabrdan bəri 2200-dən çox uçuşun ləğvinə səbəb olub" deyib.
Bastian, ABŞ-da uçan insanların sayının 2019-cu ilin yanvar ayı ilə müqayisədə 20 faiz azaldığını, son noyabr və dekabr aylarında isə sərnişin itkisinin 16% civarında olduğunu bildirib. Şirkəti bildirib ki, yalnız yay aylarında təyyarələr dolmağa başlayacaq və onlar sərfəli dövrə daxil ola bilərlər.
Həftənin əvvəlində "United Airlines" şirkətinin Baş direktoru Scott Kirby, 3 min işçinin Covid-19-a yoluxduğunu açıqlayıb. Aviaşirkət planlaşdırılmış uçuşları ləğv edib.
Hər iki aviaşirkətin təxminən 74 min işçisi var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 19 saat sonra
- 3 d. əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
14 bank xalis mənfəət açıqladı - SİYAHI
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vururb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
Ən çox oxunanlar
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb


















.jpg)



