Bakıda ən böyük prezident otağı bu oteldə olacaq - YENİ LÜKS OTEL
Əvvəllər “Trump Tower Baku” adı ilə tanınan və Heydər Əliyev pospektində yerləşən 33 mərtəbəli binada "The Ritz-Carlton Baku" mehmanxanası fəaliyyət göstərəcək.
Marja xəbər verir ki "The Ritz-Carlton Baku" 190 geniş otaqlar mövcuddur. Mehmanxanada şəhərin ən böyük prezident otağı və əfsanəvi "Ritz-Carlton" xidmətinə malik olacaqdır.
"The Ritz-Carlton Baku"nun bu il istifadəyə verilməsi planlaşdırılır. 33 mərtəbəli binada yenidənqurma işlərini "North West Construction" şirkəti həyata keçirib.
"The Ritz-Carlton, Baku" lüks oteli “Absheron Hotel Group” tərəfindən idarə olunacaqdır. “PAŞA Holdinq” MMC-nin 100 faizlik törəmə müəssisəsi olan “Absheron Hotel Group” Məhdud Məsuliyyətli Cəmiyyəti mehmanxana idarəçiliyi şirkətidir. "Absheron Hotel Group"un baş direktoru olan Martin Kleinmann əvvəllər "The Ritz Carlton"da da çalışıb.
"The Ritz-Carlton Hotel Company", "The Ritz-Carlton" kimi tanınan lüks otellər şəbəkəsini idarə edən Amerika şirkətidir. Şirkətin 30 ölkə və ərazidə 29 158 nömrəli 108 dəbdəbəli otel və kurortu, həmçinin gələcək üçün planlaşdırılan 8 755 nömrəli 46 oteli var.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























