Expressbank ötən ili 7,7 milyon manat mənfəətlə başa vurub
Müştəri - bank münasibətlərində qarşılıqlı inamın formalaşması ilə yanaşı uzunmüddətli əməkdaşlığın təmin edilməsi üçün şəffaflıq prinsipini əsas məqsəd seçən “Expressbank” ASC 2021-ci ili 7.7 milyon manat xalis mənfəətlə başa vurub.
Marja xəbər verir ki, bu barədə Banlın yaydığı press-relidə bildirilir.
Qeyd edilb ki, maliyyə nəticələrinə əsasən, 2021-ci il ərzində bankın aktivlərinin həcmində 12.1% artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 351.37 milyon manat təşkil edib. Ötən ilin nəticələrinə görə, Bankın məcmu kapitalının həcmində 2.8% artım olub. Belə ki, hesabat dövrünün sonuna Bankın məcmu kapitalı 120.62 milyon manata çatıb.
“Expressbank” ASC qeyd edilən dövr ərzində faiz və qeyri-faiz gəlirlərini də artırmağa müvəffəq olub. Ötən il ilə müqayisədə Bankın faiz gəlirləri 7.6% artaraq 42.17 milyon manat, qeyri-faiz gəlirləri 4.1% artaraq 13.83 milyon manat təşkil edib. Bankın faiz xərcləri isə 1.9% azalaraq 7.33 milyon manat təşkil edib. Ümumilikdə isə, Bank 2021-ci ili 34.84 milyon manat xalis faiz gəliri ilə başa vurub.
Bankın real sektora, kiçik və orta sahibkarlara təqdim etdiyi istehlak və biznes kreditlərinin həcmində də artım qeydə alınıb. Belə ki, ötən il ilə müqayisədə biznes kreditləri 36.7%, istehlak kreditləri isə 21.2% artıb. 2021-ci ilin sonuna Bankın ümumi kredit portfelinin həcmi 261.44 milyon manat təşkil edib. Eyni zamanda Bankın depozit portfeli ötən il ilə müqayisədə 31.5% artaraq 156.08 milyon manat təşkil edib.
Press-relidə qeyd edilib ki, 2021-ci ildə Beynəlxalq Reytinq Agentliyi “Fitch Ratings” biznes strategiyası, uğurlu siyasəti, stabil maliyyə göstəricilərinə yüksək qiymət verərək “Expressbank” ASC-ni növbəti dəfə “B” səviyyəli “stabil” proqnozu ilə təsdiqləyib.
"Şəffaf maliyyə tərəfdaşlığı və müştərilərinin ehtiyaclarını əsas götürərək daim yeni kampaniyalara və layihələrə imza atan “Expressbank” ASC, hər zaman müştəri məmnuniyyətinin təmin olunmasına xüsusi önəm verir", - press-relizdə bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
48 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
49 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
1 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
















.jpg)









