“Nvidia” “Arm”ı almaqdan imtina edə bilər
Amerikanın "Nvidia" korporasiyası müqavilənin tənzimləyici təsdiqini almaq üçün uzun cəhdlərindən sonra Britaniyanın “Arm” şirkətinin satın alınmasından gizli şəkildə imtina etməyə hazırlaşdığı iddia edilir.
Marja xəbər verir ki, bu barədə çərşənbə axşamı Bloomberg anonim mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Nvidia" tərəfdaşlarına sövdələşmənin təsdiqlənməsinin gözləmədiyini bildirib.
Öz növbəsində, "Arm"ın nəzarət paketinə sahib olan Yaponiyanın “Softbank” holdinqi "Nvidia" ilə sövdələşməyə alternativ olaraq bu səhmlərin ilkin kütləvi təklifinə hazırlaşır.
Şirkətlər alışın ləğvi ilə bağlı şayiələri təkzib ediblər. “SoftBank” sözçüsü elektron poçt vasitəsilə “Bloomberg”ə bildirib: "Biz əməliyyatın təsdiqlənəcəyinə ümid edirik".
“Nvidia”nın sözçüsü, "Biz hələ də bu sövdələşmənin “Arm”ı gücləndirmək, rəqabəti artırmaq və innovasiyaları sürətləndirmək imkanı verdiyi qənaətindəyik" deyib.
2021-ci ilin fevral ayında "Google", “Microsoft” və “Qualcomm “Nvidia” tərəfindən “Arm”ın alınması ilə bağlı ABŞ-ın antiinhisar tənzimləyicisinə şikayətlər ediblər. Korporasiyalar satın almanın çip istehsalında rəqabətə zərər verə biləcəyindən narahatdırlar. Şirkətlər “Arm”ın müştərisi olan "Nvidia"nın müstəqilliyini qoruya bilməyəcəyinə inanırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 7 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















