Tesla əlində olan Bitcoin-in dəyərini açıqladı
ABŞ-ın elektrikli avtomobil (elektromobil) istehsalçısı Tesla, 31 dekabr tarixinə şirkətin əlində olan Bitcoin-lərin xalis dəyərinin 1,99 milyard dollar olduğunu bildirib.
Marja xəbər verir ki, Tesla şirkəti ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) şirkətin rəqəmsal aktivlərə investisiyalarının onun gəlirliliyinə təsiri barədə məlumat verib.
2021-ci ilin ilk rübündə Bitcoin-ə 1,5 milyard dollar sərmayə yatırdığını qeyd edən şirkət, 2021-ci ilin sonuna qədər əlində saxladığı Bitcoin məbləğinin 1,99 milyard dollar olduğunu bildirib.
Tesla daha əvvəl Bitcoin-i ödəniş vasitəsi kimi qəbul edəcəyini bildirmişdi, lakin daha sonra Elon Musk bir tvitlə bu açıqlamanı geri götürmüş və kriptovalyutaların ödəniş vasitəsi kimi təsdiqləndiyi və müəyyən olacağı təqdirdə gələcəkdə ödəniş vasitəsi kimi qəbul edilə biləcəyini bildirmişdi.
Sosial media platforması Twitter vasitəsilə şirkət və kriptovalyutalar haqqında tez-tez açıqlamalar verən Musk, 2018-ci ildə açdığı cinayət işi nəticəsində SEC ilə razılaşaraq, paylaşacağı tvitləri nəzərdən keçirmək üçün öncədən şirkət hüquqşünaslarına təqdim edəcəyi ilə razılaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























