Daha bir rayonda KOB dostu fəaliyyətə başladı

Artıq Zaqatala rayonundan olan sahibkarlar və biznesə başlamaq istəyənlər dəstək və xidmətlər üçün KOB dostuna müraciət edə bilərlər. Bugündən fəaliyyətə başlayan Zaqatala KOB dostu Şəki-Zaqatala iqtisadi rayonu üzrə sayca 3-cüdür. Ümumilikdə isə, hazırda KOB dostu şəbəkəsi ölkənin 28 şəhər və rayonunu əhatə edir.
Fevralın 8-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Zaqatala Rayon İcra Hakimiyyətinin, sahibkarların və onlara xidmət göstərən müvafiq qurumların nümayəndələrinin iştirakı ilə KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyət istiqamətləri və KOB dostu mexanizmi barədə məlumat verib.
Qeyd olunub ki, KOB dostu rayonda yeni sahibkarlıq subyektlərinin yaranmasına, mövcud KOB-ların inkişafına dövlət dəstəyini, o cümlədən KOBİA-nın xidmətlərini yerində təmin edəcək. Həmçinin, KOB dostu sahibkarların maraqlarının müdafiəsi və onların qarşılaşdıqları çətinliklərin həllinə, investisiya təşəbbüslərinin reallaşdırılmasına və maarifləndirilməsinə dəstək göstərəcək, biznes subyektlərinin inkişaf ehtiyacını və təkliflərini sorğular vasitəsilə öyrənəcəkdir. KOB dostu həm də dövlət qurumları və sahibkar arasında körpü rolunu oynayacaq, lazım gəldikdə sahibkarlara səyyar xidmət göstərəcəkdir.
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə KOB dostunun fəaliyyətə başlamasının rayonda sahibkarlığın inkişafına, yeni biznes subyektlərinin yaranmasına öz töhfəsini verəcəyini vurğulayıb.
Tədbirdə KOBİA-nın sahibkarlara göstərdiyi dəstək və xidmətlər, KOB dostu mexanizmi ilə bağlı məlumatlandırıcı filmlər nümayiş olunub, sahibkarların sualları cavablandırılıb.
Sonra tədbir iştirakçıları Zaqatala Heydər Əliyev Mərkəzində yerləşən KOB dostu ofisində sahibkarların qəbulu, onlara dəstək və xidmətlərin göstərilməsi üçün yaradılmış şəraitlə tanış olublar. KOB dostu ofisində “KOB könüllüləri” də fəaliyyət göstərəcəkdir.
Həmin gün KOBİA-nın nümayəndələri Zaqatala rayonunda fəaliyyət göstərən KOB İnkişaf Mərkəzində (KOBİM) də olublar. Qeyd edək ki, Zaqatala-Balakən KOBİM ölkənin 21 şəhər və rayonunda fəaliyyət göstərən KOB inkişaf mərkəzlərindən biridir. Digər KOBİM-lərdə olduğu kimi, burada da sahibkarların, startapların və biznesə yeni başlamaq istəyən şəxslərin sahibkarlıq sahəsində biliklərinin və məlumatlığının artırılması üçün təlimlər keçirilir, məsləhət və digər xidmətlər göstərilir. KOBİM-lər tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
- 13 d. əvvəl
-
- 15 d. əvvəl
-
18 d. əvvəl
Bankçılıqda yeni dövr: bütün hesab məlumatları eyni tətbiqdə!
- 22 d. əvvəl
- 41 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapital Bank “Arzumuz var!” təqaüd proqramı ilə gənc qızların təhsilinə dəstək göstərir
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Bankın Nəzarət şöbəsinə mütəxəssislər tələb olunur

Bankçılıqda yeni dövr: bütün hesab məlumatları eyni tətbiqdə!

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

"5 manat aylıq gəliri olan ayda 6 manat ödəniş etməməlidir"
Ən çox oxunanlar

Kapital Bank “Arzumuz var!” təqaüd proqramı ilə gənc qızların təhsilinə dəstək göstərir

Bakıda yeni akademik körpü: Constructor University və CELT Colleges əməkdaşlığa başladı

Unikal bank əmanətçilərinin sayı açıqlandı

Bank mütəxəssis-hüquqşünas vəzifəsinə işə qəbul elan edir

“Azərmetalinvest”in rəhbərliyi yenidən seçiləcək, şirkətin istifadəyə yararsız əmlakı silinəcək

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb
