Avropanın qaz bazarında Rusiya gərginliyi - "Hücum Çin Olimpiadası bitməzdən əvvəl başlaya bilər"
ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Sullivanın Rusiyanın tezliklə Ukraynanı işğal edə biləcəyi ilə bağlı açıqlamasından sonra Avropada qazın qiyməti qalxıb.Avropada qaz qiymətləri həftəyə Rusiyanın Ukraynanı tezliklə işğal edə biləcəyi ilə bağlı narahatlıqlar fonunda 14% artımla başlayıb. Marja xəbər verir ki, Avropanın etalon təbii qaz qiymətləri artımdan sonra meqavatsaat üçün 88 avroya (1000 kub metr üçün 1028 dollar) yüksəlib.
ABŞ-ın milli təhlükəsizlik müşaviri Sullivan Ağ Evdə keçirdiyi mətbuat brifinqində Ukrayna böhranı ilə bağlı son hadisələri qiymətləndirib.
Sallivan qeyd edib ki, hazırda Rusiya prezidenti Vladimir Putinin Ukraynaya müdaxilə ilə bağlı dəqiq qərar verdiyini deyə bilməzlər, lakin işğalın hər an başlaya biləcəyinə dair güclü kəşfiyyat məlumatlarına malikdirlər.
"Mən kəşfiyyat hesabatlarına girməyəcəyəm, hücumun Çin Olimpiadasından sonra baş verə biləcəyi ilə bağlı əvvəlki fərziyyələrin əksinə olaraq, indi açıq şəkildə deyə bilərəm ki, olimpiadalar bitməzdən əvvəl başlaya bilər" - Sullivan deyib.
Regionda eskalasiya riski Avropada mövcud enerji böhranını daha da dərinləşdirə bilər. Avropanın əsas təchizatçılarından biri olan Rusiya ixrac etdiyi təbii qazın üçdə birini Ukrayna üzərindən bölgəyə göndərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























