London birjasında Ukrayna ətrafında vəziyyətin gərginləşməsi fonunda indekslərdə eniş qeydə alınıb
Böyük Britaniya hakimiyyətinin fikrincə, Rusiya-Ukrayna sərhədində hərbi əməliyyatlar başlaya bilər.Bazar ertəsi hərracların açılışında London birjasının indeksi Ukrayna ətrafında vəziyyətin kəskinləşməsi fonunda 1,9% düşüb
Marja xəbər verir ki, 100 ən böyük şirkətin səhmlərinə əsaslanan FTSE 100 indeksi 145 bənd geriləyərək 7516 bənd olub və yanvarın 31-dən bəri ən aşağı səviyyəyə çatıb. Daha geniş FTSE 250 İndeksi 2,28% azalaraq 21 546-a düşüb.
Bazar ertəsi Böyük Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippi "Sky News" telekanalına müsahibəsində Rusiyanın Ukraynaya müdaxiləsi ehtimalının yüksək olduğunu bildirib. “Mən qorxuram ki, bu [işğal] demək olar ki, qaçılmazdır, lakin bu, mütləq baş verəcəyi demək deyil” - deyib.
Son zamanlar Qərb ölkələrində, eləcə də Kiyevdə Rusiyanın Ukraynaya mümkün müdaxiləsi ilə bağlı bəyanatlar səslənir. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bu cür məlumatları boş və əsassız gərginliyin artması adlandırıb. O vurğulayıb ki, Rusiya heç kim üçün təhlükə yaratmır. Eyni zamanda, Peskov bu cür bəyanatlar ilə təxribatların mümkünlüyünü istisna etməyib və Ukraynanın cənub-şərqindəki böhranın həlli üçün gücdən istifadə cəhdlərinin ən ağır nəticələrinin olacağı barədə xəbərdarlıq edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















