ABŞ Ukraynaya 1 milyard dollar kredit zəmanəti verəcək
ABŞ prezidenti Co Baydenin administrasiyası Ukrayna iqtisadiyyatını dəstəkləmək üçün bu ölkəyə 1 milyard dollara qədər suveren kredit zəmanəti verməyi nəzərdən keçirir.
Marja xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin Dövlət Departamentinin saytında dərc olunmuş bəyanatında deyilir.
Kredit Ukraynanın "iqtisadi islahat proqramı və Beynəlxalq Valyuta Fondu ilə davamlı əməkdaşlığı" dəstəkləməyə kömək edəcək və eyni zamanda Ukrayna xalqının "iqtisadi sabitliyinə, artımına və rifahına" töhfə verəcək.
Blinkenin sözlərinə görə, təşəbbüs Vaşinqton və onun müttəfiqlərinin, xüsusən də G7 üzvlərinin və beynəlxalq maliyyə institutlarının, Rusiyanın təzyiqləri qarşısında iqtisadiyyatını qorumaq üçün Ukraynaya göstərdiyi dəstəyə əsaslanır.
ABŞ dövlət katibi xatırladıb ki, 2014-2016-cı illər arasında Vaşinqton Kiyevə üç tranş ilə 1 milyard dollarlıq suveren kredit zəmanəti verib.
O, həmçinin əlavə edib ki, ABŞ “Ukrayna və onun xalqını dəstəkləmək üçün əlavə yollar” axtaracaq.
ABŞ İxrac-İdxal Bankı Ukraynadakı layihələr üçün ABŞ mal və xidmətlərinin alınmasını asanlaşdırmaq üçün 3 milyard dollara qədər vəsait ayırmaq niyyətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















