"Rusiya yalnız canlı qüvvələri geri çəkir, hərbi texnika və avadanlıqlar qalır"
NATO Baş katibi Yens Stoltenberq Rusiya Müdafiə Nazirliyinin Ukrayna sərhədindəki bəzi hərbi qüvvələrin təlimlərini tamamlayaraq bazalara geri dönməsinə dair məlumatına münasibət bildirib.
Stoltenberq NATO müdafiə nazirlərinin fevralın 16-17-də keçiriləcək görüşündən əvvəl keçirdiyi mətbuat konfransında deyib ki, qüvvələrin bir qisminin geri çağırılması hələlik gerçək de-eskalasiyanı nümayiş etdirmir.
Baş katib bildirib ki, Rusiya yalnız canlı qüvvələri geri çəkir, lakin hərbi texnika və avadanlıqlar yerləşdirildiyi yerlərdə qalır: “Bu isə o deməkdir ki Rusiya hərbi qüvvələrinin həmin ərazilərə yenidən qaytarılması qısa müddətdə və asan ola bilər. Biz hərbi qüvvələrin və ağır artilleriyanın geri çəkilməsini görmək istəyirik”.
Stoltenberq vurğulayıb ki, NATO vəziyyəti yaxından izləyir və Rusiyanı həqiqi de-eskalasiyaya çağırır.
O qeyd edib ki, NATO yanvarda Rusiyaya göndərdiyi məktuba cavab almayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 4 saat əvvəl
-
-
5 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
5 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
6 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
7 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
22 bank mənfəət açıqladı - SİYAHI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Expressbankın depozit portfeli böyüyüb
Ən çox oxunanlar
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!























