2022-ci ilin yanvarında Çində inflyasiya 0,9% təşkil edib
İnflyasiyanın əsas göstəricisi olan Çinin istehlak qiymətləri indeksi (CPI) yanvarda ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% artıb. Çin Milli Statistika Bürosu çərşənbə günü bildirib ki, CPI şəhər yerlərində 1,1%, kənd yerlərində isə 0,4% artıb.
Ərzaq qiymətləri illik müqayisədə 3,8% ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə 2% artıb. İstehlak malları 1,5%, xidmətlərin dəyəri 1,5% bahalaşıb.
Yanvarda ət məhsullarının qiymətləri əhəmiyyətli dərəcədə - 25,6%, xüsusən də donuz ətinin qiymətləri 41,6% ucuzlaşıb. Eyni zamanda, meyvə və su məhsullarının qiyməti müvafiq olaraq 9,9% və 8,8% artıb.
Nəqliyyat və rabitə xidmətləri sahəsində nisbi aktiv dinamika nümayiş etdirilib, onun istehlak qiymətləri indeksi 5,2% artıb.
Ötən ilin dekabr ayı ilə müqayisədə yanvarda qiymətlər 0,4% artıb. Ölkədə istehsalçı qiymətləri indeksi isə yanvarda illik 9,1% artıb.
Çinin istehlak qiymətləri indeksi 2021-ci ildə 0,9% artıb, bu nəticə 3% olaraq təyin olunan hədəfdən aşağı olub. 2020-ci ilin sonunda Çində inflyasiya 2,5% təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























