Türkiyə 9000-dən çox milli standartını Azərbaycana təqdim edib
Azərbaycan Respublikası ilə Türkiyə Cumhuriyyəti arasında strateji tərəfdaşlıq əlaqələri çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs (AZSTAND) ilə Türk Standartları İnstitutu (TSE) arasında razılıq əldə edilib.
Anlaşmaya əsasən, AZSTAND ölkə ərazisində Türkiyənin 9000-dən çox milli standartının rəsmi nəşrlərini yaymaq hüququna malik olacaq.
Türk Standartları İnstitutunun beynəlxalq tələblərə cavab verən milli standartarının ölkəmzidə tətbiqi, insanların həyat və ya sağlamlığının, ətraf mühitin və əmlakın mühafizəsi və digər önəmli sahələrdə həyata keçirilən tədbirlərin icrasına töhvə verəcək.
Eyni zamanda, standartların tətbiqi Azərbaycan Respublikasının ərazisində mala (işə, xidmətə), onunla əlaqəli prosesə (o cümlədən idarəetmə sisteminə) və istehsal metodlarına dair norma, qayda və tövsiyələrin, habelə standartlaşdırma obyektlərinin təhlükəsizliyi və keyfiyyətinə dair minimum tələblərin müəyyən edilməsi məqsədilə qəbul olunan normativ sənədlərin hazırlanması və təkmilləşdirilməsi fəaliyyətlərində istifadə olunacaq, keyfiyyət infrastrukturunun inkişafına xidmət edəcəkdir.
Hər iki dövlət qurumu qarşılıqlı təcrübədən faydalanmaq və ticarəti asanlaşdırmaq üçün standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi (sınaq, yoxlama, sertifikatlaşdırma və s.), təlimlər və digər sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi məqsədi ilə fəaliyyətlərini daha fəal şəkildə davam etdirəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
11 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 15 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























