Keçmiş FBI sədri ifadə verdi: Tramp-ın sözləri məni şok etdi
Trump tərəfindən vəzifəsindən azad edilən FBI Direktoru Ceyms Komey, ABŞ Senatında ifadə verir. ABŞ mediası Komeyin ifadəsini canlı yayımlayıblar.
Keçmiş FBI Direktoru Ceyms Komey, and içdikdən sonra ifadəsinə başlayıb.
Komey-in ifadəsindən:
"Trump rəhbərliyi, təşkilatçılığın nizamsızlıq içində olduğunu söyləyərək mənə və FBI-a qara yaxmaya üstünlük verdi. Amerika xalqının bilməsini istəyirəm ki, FBI dürüst, güclüdür və daim müstəqil olacaqdır. Trump rəhbərliyi mənim və FBI haqqında yalanlar söylədi.
Rusiyanın ABŞ seçkilərinə müdaxilə etdiyinə dair şübhəm yoxdur. Heç bir səsin dəyişdirilmədiyinə əminəm.
Trumpın Flynn haqqında mənə dedikləri olduqca narahatedici idi. Ancaq Trumpın istintaqa mane olduğunu demək mənim işim deyil. Trump mənə Rusiya araşdırmasını dayandırmağı demədi.
FBI, 2015-ci ilin yazından bəri Rusiyanın kiber hücumlarının fərqində idi. Seçki kampaniyası dövründə yüzlərlə, bəlkə də minlərlə ABŞ qurumu, Rusiyanın kiber hücumuna məruz qaldı.
Ədliyyə naziri Sessions, hadisəni "istintaq" olaraq adlandırmamağımı istədi. Bu məni narahat etdi".
Trumpla Yanvarın 6-da keçirdiyimiz görüşlə bağlı yalan deyə biləcəyini düşündüm. Bir gün özümü müdafiə etməyim lazım gələcəyini bilirdim. Əvvəlki prezidentlər Obama və Buş ilə olan görüşlərimi qeydə almaq (görüşün səsi yazılıb) ehtiyacı hiss etməmişdim.
Prezident (Fevral ayında Oval Ofisdə reallaşan görüşlə bağlı) mənimlə yalnız danışmaq istədi. Ədliyyə naziri qalacaqdı, ancaq Trump ona təşəkkür etdi və mənimlə tək qalmaq istədi. Otaqda qalan sonuncu şəxs Jared Kushnerdi. Prezident onu da göndərdikdən sonra, otaqda ikimiz tək qaldıq. Prezident mənə, Mike Flynn ilə bağlı danışmaq istədiyini söylədi. Flynn bir əvvəlki gün istefa etmişdi. Prezident, Flynn-ın Ruslarla danışaraq səhv bir şey etmədiyini, ancaq Prezidentin köməkçisini səhv məlumatlandırdığı üçün onu istefaya göndərdiyini dedi. Flynn haqqında başqa narahatlıqları olduğunu da söylədi. Problem haqqında uzun uzun şərhlər etdi.
Mən FBI Direktoru ikən Trump haqqında aparılan bir istintaq yox idi.
Prezident mənə Flynn haqqında istintaqı dayandırmağı birbaşa əmr etmədi. "Ümid edirəm, arxasınca getmərsən" dedi. Seçdiyi sözlər bu idi. Bu söhbət məni çox təəccübləndirdi və şok etdi. Bu istəyi bir əmr kimi qəbul etdim. Trumpın istəyini dərhal rədd etmədim, çünki çox təəccübləndim".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























