Almaniyanın ən böyük sığorta şirkətlərindən biri “Şimal axını 2” üzrə müqaviləni ləğv edib
Almaniyanın ikinci ən böyük sığorta şirkəti və ölkənin ən böyük təkrarsığortaçısı olan "Munich re" şirkəti “Şimal axını 2” qaz kəməri ilə bağlı müqaviləni ləğv edib.
“Bloomberg” xəbər verir ki, bu barədə çərşənbə günü "Munich re" şirkətinin baş icraçı direktoru Yoahim Venninq bildirib.
Çərşənbə axşamı Almaniya kansleri Olaf bildirib ki, Almaniya 10 milyard avroya başa gələn, yarısı Qazprom tərəfindən yatırılan illik 55 milyard kubmetr ötürmə qabiliyyəti olan qaz kəmərinin sertifikatlaşdırılması prosesini dayandırır.
Scholzun sözlərinə görə, o, İqtisadiyyat Nazirliyinə daha əvvəl milli qaz tənzimləyicisinə təqdim edilmiş enerji təhlükəsizliyinə dair rəyi geri götürməyi tapşırıb.
"Səbəb Rusiyanın qondarma "DXR" və "LPR"i tanımaq qərarıdır", - Şolz bildirib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donetsk və Luqansk vilayətlərinin sərhədləri daxilində qondarma respublikaların suverenliyinin tanındığını elan edərək, separatçıların hazırda nəzarət etmədiyi ərazilərə faktiki olaraq iddialar irəli sürmüşdür.
Almaniyanın xarici işlər naziri Annalena Burbok baş verənlər fonunda “Şimal axını 2” layihəsinin dondurulduğunu bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















