Ukrayna - Rusiya danışıqlarının nəticələri haqqında açıqlama lar- VİDEO
Ukrayna prezidentinin ofisi Rusiya ilə danışıqların nəticələrini açıqlayıb. Danışıqlarıda Rusiya və Ukrayna nümayəndələri dialoq üçün prioritet mövzuları müəyyən edib və “müəyyən həll yollarını” qeyd ediblər. Bu barədə jurnalistlərə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib. Onun sözlərinə görə, tərəflər danışıqların növbəti raundu ilə bağlı razılığa gəliblər və bugünkü görüşdən sonra məsləhətləşmələr üçün paytaxtlara qayıdırlar."Rusiya-Ukrayna danışıqlarının birinci raundu başa çatıb. Çox güman ki, ikincisi olacaq".
MArja xəbər verir ki bunu. Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Podolyak bildirib.
“Tərəflər bir sıra prioritet mövzuları müəyyənləşdiriblər ki, onlar üzrə müəyyən qərarlar verilib. Tərəflər bu qərarları məsləhətləşmək üçün paytaxtlarına yola düşürlər, 0 bildirib..
Ukrayna ilə danışıqlar təxminən beş saat davam edib.
Rusiya Federasiyasının danışıqlardakı nümayəndəsi Medinski təsdiq edib ki, Rusiya Federasiyası və Ukrayna danışıqlar prosesini davam etdirmək barədə razılığa gəliblər, növbəti görüş yaxın günlərdə baş tutacaq.
"Ukrayna və Rusiya nümayəndə heyətlərinin növbəti görüşü yaxın günlərdə Belarus-Polşa sərhədində baş tutacaq" - Rusiya nümayəndə heyətinin rəhbəri Medinski bildirib.
XXX
Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Podoliak:
- Ukrayna və Rusiya danışıqlarının ilk raundunun əsas mövzu Ukraynada atəşkəs olub.
- Tərəflər bir sıra mövzular müəyyən ediblər və onlar üzərində konkret həll yollarını qeyd ediblər.
- Onların həyata keçirilməsi naminə - tərəflər məsləhətləşmələr üçün paytaxtlara yola düşürlər.
- Tərəflər həllərin gələcək praktiki inkişafı ilə danışıqların ikinci raundu üzrə razılığa gəliblər.
XXX
Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski öz növbəsində bildirib ki, “danışıqlarda ümumi mövqelərin proqnozlaşdırıla biləcəyi məqamlar tapılıb”.
Onun sözlərinə görə, nümayəndə heyətləri danışıqlar prosesini davam etdirmək barədə razılığa gəliblər və növbəti görüş yaxın günlərdə baş tuta bilər.
Medinski bildirib ki, danışıqlar təxminən beş saat davam edib və bu müddət ərzində bütün gündəm ətraflı müzakirə olunub.
Rusiya və Ukrayna nümayəndə heyətlərinin ilk görüşü Belarusun Qomel vilayətində, Ukrayna sərhəddinin yaxınlığında, Pripyat çayının sahilində baş tutub. Təhlükəsizliyə görə dəqiq yerin adı açıqlanmır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
2 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
3 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
4 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
20 bank mənfəət açıqladı - SİYAHI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Expressbankın depozit portfeli böyüyüb
Ən çox oxunanlar
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!

























