Ekspert: "Rusiya neftini əvəz etmək üçün 5-10 il lazım olacaq"
Rusiyanın hər gün hasil etdiyi milyonlarla barel nefti əvəz etmək üçün beynəlxalq ictimaiyyətə 5-10 il lazım olacaq.
Bu barədə RİA "Novosti"yə Texas Dəmiryol Komissiyasının (ştatın neft tənzimləyicisi) keçmiş komissarı Rayan Sitton bildirib.
Çərşənbə axşamı ABŞ Prezidenti Co Bayden Ukraynada baş verən hadisələrə görə dünya neft tədarükünün onda birini təmin edən ölkəyə qarşı sanksiyaları genişləndirərək, Rusiya istehsallı enerji daşıyıcılardan imtina olunduğunu elan edib.
Sitton güman edir ki, ayrı-ayrı dövlətlər və ya şirkətlər tərəfindən satınalmalardan imtina edilməsi səbəbindən Çin Rusiya neftinin yeganə əsas istehlakçısı ola və bu halda öz şərtlərini diktə edə bilər.
Rusiya daha əvvəl ABŞ-a gündə təxminən 700 min barel neft və neft məhsulları satırdı. Sittonun fikrincə, ağır Rusiya neft növlərini əvəz etmək üçün təbii variant Venesueladan tədarükün bərpası ola bilər. Venesueladan ABŞ-a neftin tədarükü sanksiyalar səbəbindən dayandırılıb.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 13,99%-dən, 0% komissiya
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
-
28 d. əvvəl
Azərbaycanın Ermənistana ötənilki ixracının dəyəri açıqlanıb
- 33 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azərbaycanın Ermənistana ötənilki ixracının dəyəri açıqlanıb
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
“A-Qroup Sığorta Şirkəti”ndə yeni təyinat
Ən çox oxunanlar
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı

















