Qazaxıstan Milli Bankı Tengenin ucuzlaşmasının qarşısını almaq üçün 542 milyon dollar satıb
Qazaxıstan Milli Bankı mart ayında valyuta intervensiyalarında 542 milyon dollar olduğunu bildiribBu ayın əvvəlindən Qazaxıstan Milli Bankı bazarı sabitləşdirmək üçün 542 milyon dollar məbləğində satış istiqamətində valyuta intervensiyaları həyata keçirib.
Marja xəbər verir ki, bunu çərşənbə axşamı hökumətin iclasında maliyyə tənzimləyicisinin sədri Qalimjan Pirmətov bildirib.
“Mart ayında Rusiya rublunun əlavə sanksiyalar, o cümlədən ABŞ-ın Rusiyadan neft məhsullarının idxalına qadağası səbəbindən zəifləməsi təngəyə təzyiqi artırdı. Martın əvvəlindən 542 milyon dollar məbləğində intervensiyalar həyata keçirilib. Martın 14-nə təngənin məzənnəsi 1 dollar üçün 511,74 tenge təşkil edib”.
Onun sözlərinə görə, fevral ayında valyuta intervensiyalarının həcmi 273,7 milyon dollar təşkil edib: “Nağd xarici valyutalar bazarında məzənnənin daha bazar əsaslı olmasını təmin etmək məqsədilə Milli Bank valyuta məzənnələrinə dair limitlərin genişləndirilməsi ilə bağlı əlavələr hazırlayıb”.
Qeyd edək ki, Qazaxıstan prezidenti ölkədən 10 min dollardan çox nağd valyutanın çıxarılmasını qadağan edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
-
29 d. əvvəl
Azərbaycanın Ermənistana ötənilki ixracının dəyəri açıqlanıb
- 34 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azərbaycanın Ermənistana ötənilki ixracının dəyəri açıqlanıb
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
“A-Qroup Sığorta Şirkəti”ndə yeni təyinat
Ən çox oxunanlar
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı


















