“İpək Yolu Sığorta”nın xalis mənfəəti 2 dəfə azalıb
“İpək Yolu Sığorta” ASC 2021-ci ili 972 min manat xalis mənfəət ilə başa vurub.
Xatırladaq ki, “İpək Yolu Sığorta” 2020-ci ili 1 milyon 948 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə “İpək Yolu Sığorta” şirkətinin xalis mənfəəti 2 dəfə azalıb. 2019-cu ildən başlamış koronavirus pandemiyası aviasiya sığortasına da mənfi təsir göstərib.
GƏLİRLƏRİ İLDƏN İLƏ AZALIR
Marja.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “İpək Yolu Sığorta”nın cəmi əməliyyat gəlirləri 20 milyon 67 min manat, cəmi əməliyyat xərcləri 18 milyon 852 min manat təşkil edib.
2020-ci ildə Şirkətin cəmi əməliyyat gəlirləri 22 milyon 54 min manat, cəmi əməliyyat xərcləri isə 19 milyon 620 min manat təşkil etmişdi. 2019-cu ildə isə “İpək Yolu Sığorta”nın cəmi əməliyyat gəlirləri 39 milyon 191 min manat, cəmi əməliyyat xərcləri 38 milyon 95 min manat olmuşdu.
YIĞIMLARI DA AZALIB
Ötən il “İpək Yolu Sığorta”nın topladığı sığorta haqları 15 milyon 644 min manat, sığorta ödənişləri 2 milyon 712 min manat, təkrarsığorta üzrə xərcləri isə 13 milyon 191 min manat təşkil edib.
2020-ci ildə “İpək Yolu Sığorta”nın topladığı sığorta haqları 17 milyon 320 min manat, sığorta ödənişləri isə isə 2 milyon 649 min manat, təkrarsığorta üzrə xərcləri isə 14 milyon 513 min manat təşkil etmişdi.
ŞİRKƏT AZAL-IN PREZİDENTİNİN AİLƏSİNƏ VƏ DÖVLƏTİN AVİAŞİRKƏTİNƏ MƏXSUSDUR
Xatırladaq ki, "İpək Yolu Sığorta" ASC "Silkway Holding" MMC-yə daxildir. Şirkətin nizamnamə kapitalı 14 milyon 770 min manatdır. Şirkətin səhmlərinin 38,74%-i Cəmilə Cahangir qızı Əsgərovaya, 38,74%-i Məlahət Cahangir qızı Əsgərovaya, 19,05%-i "ASG Business Aviation" şirkətinə, 3,47%-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















