"Azərişıq", "Azəriqaz" və "Azərsu" rəhbərliyi Dövlət Xidmətinə dəvət edilib
Kommunal sahədə fəaliyyət göstərən təşkilatlarla görüş keçirilibİqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində kommunal sahədə fəaliyyət göstərən təbii inhisar subyektlərinin rəhbərləri ilə görüş keçirilib.
"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov, "Azəriqaz" İstehsalat Birliyinin direktoru Ruslan Əliyev və "Azərsu" ASC-nin sədr müavini Köçərli Həsənovun iştirakı ilə keçirilən görüşdə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarəti ilə bağlı görülən işlər, qarşıya qoyulan məqsədlər barədə məlumat verib, bu sahədə təbii inhisar subyektləri ilə əməkdaşlığın önəmini qeyd edib. Görüşdə ölkədə həyata keçirilən antiinflyasiya tədbirlərində kommunal sferada fəaliyyət göstərən qurumların rolu vurğulanıb, sahibkarlıq subyektlərinin ehtiyaclarının çevik qarşılanması zəruriliyi diqqətə çatdırılıb.
Tədbirdə əhalinin az təminatlı təbəqələrinin mənafelərinin müdafiəsi, sahibkarların kommunal xidmətlərə qoşulmaq barədə müraciətlərinə operativ qaydada baxılması, enerji və su təchizatı sahəsində istehlakçı hüquqlarının daha etibarlı müdafiəsi barədə müzakirələr aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
8 d. əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
-
15 d. əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
-
24 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
10 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
17 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
23 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub



























