Ankara və Moskva ikitərəfli ticarətdə barterə qayıda bilər
Türkiyə-Rusiya İş Şurasının rəhbəri İzzət Ekmekçibaşı qeyd edib ki, Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqindən sonra Qərb şirkətlərinin Rusiya bazarından çıxması Türkiyə üçün yeni imkanlar açır.Türkiyə-Rusiya İş Şurasının (DEİK) rəhbəri İzzət Ekmekçibaşı bildirib ki, Türkiyə və Rusiya barterə qayıtmaq və ticarət-iqtisadi əlaqələrdə milli valyutalardan istifadə variantlarını nəzərdən keçirirlər.
"İki ölkə barter ticarətindən 1980-ci illərin sonlarında uğurla istifadə edirdi", - iş adamı çərşənbə günü Dünya qəzetinə müsahibəsində" xatırladıb.
"Rusiya ilə ticarət əvvəllər milli valyutalarla aparılırdı, lakin onun miqyası əhəmiyyətsiz idi. Həcmi artırmaq üçün hər iki ölkə qarşılıqlı olaraq əks təminatları artırmalıdır. Əgər onlar 5 milyard dollar həcmində təminat versələr, o zaman biz də bunu edəcəyik”, - deyə biznes şurasının rəhbəri bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqindən sonra Qərb şirkətlərinin Rusiya bazarından çıxması Türkiyə üçün yeni imkanlar açır.
“Ötən il Rusiyaya ixrac təqribən 6 milyard dollar təşkil edib, bu həcmə bu il nail olmaq olar və hətta bu rəqəmləri keçmək imkanları var”, - türkiyəli iş adamı bildirib.
O, Rusiyaya avtomobil sənayesi üçün ehtiyat hissələrinin, qida və hazır geyimlərin ixracı üçün fürsətlərin olduğunu qeyd edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bildirib ki, Ankara Moskvaya ikitərəfli ticarətdə milli valyutalara keçməyi təklif edib. Turizm sektorunda rubl və türk lirəsi ilə hesablaşmaların artırılması üçün danışıqlar aparılır.
2019-cu ildə Rusiya və Türkiyə arasında milli valyutalarda hesablaşmalar və ödənişlər haqqında saziş imzalanıb. Həmçinin müqavilə Türkiyədə Rusiyanın “Mir” kartlarının qəbulu üçün infrastrukturun daha da genişləndirilməsini, Türkiyə banklarının və şirkətlərinin SWIFT-in analoqu olan Rusiya Bankının maliyyə mesajlaşma sisteminə qoşulmasını nəzərdə tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
4 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
4 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb






















