Milli İnsan Resursları Forumunun spikerləri bəlli oldu!
16 aprel 2022-ci il tarixində “AXINA QARŞI” şüarı ilə bu il V dəfə keçiriləcək Milli İnsan Resursları Forumunun (MİRF) spiker tərkibi bəlli oldu.
Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəylinin açılış nitqi ilə başlayacaq 2 paneldən ibarət bu ilki forum “Azərbaycan Dəmir Yolları” QSC-nin İnsan resursları idarəsinin rəisi və Azərbaycan İnsan Resursları Assosiasiyasının (AİRA) həmtəsisçisi və İdarə heyətinin üzvü Tural Məmmədov, Deloitte şirkətinin Avropa mərkəzi ofisinin (DCE) Protokol rəhbəri Nailə Səfərəli, Socarın İnsan Resursları departamentinin rəis müavini Elnur Hüseynov, Deloitte Azərbaycanın akademiya rəhbəri Nərgiz İbrahimova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnsan resursları departamentinin direktoru Müşfiq Əmircanov, "AVT Logistics" MMC-nin İnsan Resursları departamentinin direktoru Pərviz Qasımov, "Ekvita Consulting" MMC-nin Təşkilati inkişaf üzrə direktoru Asif Bədəlov, Veysəloğlu Şirkətlər Qrupunun CHRO-su Yılmaz Öztürk, NES Fircroft şirkətinin ölkə üzrə direktoru Fəzilə Əsgərova, “PES Survey” şirkətinin həmtəsisçisi Aykut Boranın çıxışı və “MKT İstehsalat Kommersiya” MMC-nin Təlim və inkişaf üzrə meneceri Elnur Axundov, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İnsan Resurslarının İdarəedilməsi şöbəsinin müdiri Şamo Mürşüdovun moderatorluğu ilə həyata keçiriləcəkdir.
Tədbirin 3-cü hissəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən yaxın vaxtlarda tətbiqi nəzərdə tutulan, bütün işəgötürənlər və işçilər, habelə dövlət qurumları üçün vahid əmək münasibətləri platforması rolu oynayacaq Əmək münasibətləri və məşğulluq altsisteminin (ƏMAS) təqdimatı ilk dəfə Milli İnsan Resursları Forumunda baş tutacaqdır.
“Facemark” MMC, “Business Management School” MMC və “HR Option” MMC-nin təşkilatçılığı, “ROOF Academic Training” şirkətinin baş sponsorluğu, "MAGNUS", “İmoffice” və “SmilePay” şirkətlərinin sponsorluğu, “Fil Agency”, “Okmedia”, “Brand Media”, “ARTER”, “New Media”, CreaTime, “BEYLİMEDİA”, “Qmeter” şirkətlərinin tərəfdaşlığı, “İNNAB” və "Cleverest Academy" şirkətlərinin dəstəyi ilə həyata keçiriləcək “MİRF 2022” barədə daha ətraflı məlumat əldə etmək üçün tədbirin rəsmi internet səhifəsini (www.mirf.az), sosial media hesablarını izləyə, həmçinin iştirak etmək üçün qeydiyyatdan keçə bilərsiniz.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
-
14 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























