Səudiyyə Ərəbistanından Azərbaycana gələnlərin sayı artıb
Mart ayında ölkəyə gələn əcnəbilərin sayı açıqlanıb.
Dövlət Turizm Agentliyinin yaydığı məlumata görə, ötən ay Azərbaycana 95 min 844 xarici vətəndaş gəlib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 112 faiz artım qeydə alınıb. Belə ki, 2021-ci ilin martında ölkəyə 45 min 110 əcnəbi gəlmişdi.
Bu ilin birinci rübündə isə 246 min 277 xarici vətəndaş ölkəmizə səfər edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 110 faiz artım olub. Belə ki, 2021-ci ilin birinci rübündə Azərbaycana 117 min 227 əcnəbi gəlmişdi.
Mart ayında ən çox əcnəbinin gəldiyi ölkələr sırasında Türkiyə, Rusiya, İran, Gürcüstan və Ukrayna ilk beşlikdə qərarlaşıb. Türkiyədən 24 min 244, Rusiyadan 17 min 824, İrandan 15 min 638, Gürcüstandan 5 min 483, Ukraynadan isə 5 min 327 əcnəbi ölkəmizə daxil olub.
Bu ilin martında Pakistandan gələnlərin sayında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə artım qeydə alınıb. Belə ki, 2019-cu ilin üçüncü ayında 2 min 733 nəfər gəlmişdisə, bu ilin martında isə bu rəqəm 46,4 faiz artaraq 4001 nəfər təşkil edib.
Rüblük göstəricidə isə Səudiyyə Ərəbistanından ölkəmizə gələnlərin sayında artım qeydə alınıb. Belə ki, 2021-ci ilin I rübündə 6 min 437 nəfər, bu ilin müvafiq dövründə isə 20,4 faiz artımla 7 min 751 əcnəbi ölkəmizə gəlib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























