"Kreditlərin faizinin 10 faizlik bəndi dövlət tərəfindən ödəniləcək”
Ərzaq sektorunda çalışan sahibkarların kredit faizlərini dövlət ödəyəcək.
Azərbaycan hökuməti qlobal ərzaq inflyasiyasının daxili bazara təsirlərinin yumşaldılması istiqamətində addımlar atır.
Sahibkarlığın İnkişaf Fondunun şöbə müdiri İsmayıl Hüseynov bildirib ki, belə addımlardan biri bu günlərdə Nazirlər Kabineti tərəfindən atılıb və mikro, kiçik və orta biznes təmsilçilərinə maliyyə dəstəyi verilməsini nəzərdə tutur:
"Ölkədə antinflyasiya tədbirlərinin gücləndirilməsi ilə əlaqədar minimum istehlak təbəqəsinin tərkibindəki əsas arzaq məhsullarının tədarükü və emalı, aqrar emal fəaliyyəti ilə məşğul olan sahibkarlara dəstək göstərilməsi məqsədi ilə Nazirlər Kabinetinin 145 nömrəli qərarı imzalanıb. Qərara əsasən qeyd olunan sahədə fəaliyyət göstərən sahibkarların kredit təşkilatlarından 2022-ci ildə aldıqları kreditlərin 10 faizlik bəndi dövlət tərəfindən subsidiyalaşdırılacaq. Mexanizm müddətindən fə faiz dərəcəsində asılı olmayaraq, 2022-ci ildə alınmış, məbləği 3 milyon manatadək olan bütün kreditlərə şamil olunacaq. Qeyd olunan mexanizm üzrə aqrar emal sahəsində fəaliyyət göstərən sahibkar, məsələn, 14 faizlik bir kredit almışdırsa, kreditlərin 10 faizlik bəndi dövlət tərəfindən subsidiyalaşdırılacaq, sahibkar 4 faizlik hissəsin ödəmiş olacaq”.
Qeyd olunan mexanizmin icrası sahibkarların maliyə yükünü azaltmaqla əsas ərzaq məhsullarının maya dəyərinin və satış qiymətinin aşağı düşməsinə töhfə verəcək.
"Minimum istehlak səbətinin tərkibinə daxil olan məhsullar mal əti, süd, düyü, makaron, kərə yağı, günəbaxan yağı, və s. bu tip gündəlik istifadə olunan ərzaq məhsullarıdır.
Qeyd olunan sahələrdə fəaliyyət göstərən sahibkarlar kreditləri əməkdaşlıq etdikləri kredit təşkilatlarından alırlar. Və mexanizmə uyğun olan sahələr üzrə kredit təşkilatları Sahibkarlığın İnkişafı Fonduna müraciət edəcək, Sahibkarlığın İnkişaf Fondu subsidiya ödənişini həyata keçirəcək.
Mövcud kredit portfelinin subsidiyalaşdırma mexanizmi ümumilikdə 1 milyard manat kredit portfelini əhatə etməsi nəzərdə tutulurdu. Bu mexanizm üzrə qalıq təqribən 150 milyon manat çərçivəsində faizlərin subsidyalaşdırılması nəzərdə tutulur ki, bu mexanizm üzrə kredit almış sahibkarların kreditlərinin 10 faiz bəndi subsidiyalaşdırılacaq", - İsmayıl Hüseynov deyib
Yəni sahibkarların 15 milyon manata yaxın faiz borcu Fond tərəfindən ödənəcək ki, bu da sahibkarları bazara daha ucuz ərzaq çıxarmasına imkan yaradacaq.
KREDİTİ ONLAYN əldə et – 10 000 AZN-dək, 0% komissiya
© Real TV
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Bugatti Mistral - Dünyanın ən sürətli roadsteri artıq Azərbaycanda - FOTOLAR
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Dövlət Vergi Xidməti "planı" artıqlaması ilə icra edib

Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb

Bazarlar “istefa şok"unu yaşayır

Fransanın Baş naziri istefa etdi, bazarlar sarsıldı
