Özəl məktəbdə tam ödənişsiz təhsil almaq imkanı!
(®) "XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi" istedadlı şagirdlərin dəstəklənməsi və təşviq olunması məqsədilə “Parlaq Zəkalar” adlı sosial layihə həyata keçirir.
Belə ki, cari ilin 14 may tarixində Mərkəz tərəfindən xüsusi güzəşt imtahanının keçirilməsi planlaşdırılır. İmtahanda yüksək nəticə əldə edən şagirdlər tam ödənişsiz və ya güzəştli şərtlərlə təhsil alma imkanı əldə edə biləcəklər.
Sözügedən imtahan yalnız Azərbaycan bölməsi üzrə 5-7-ci sinif şagirdləri üçün nəzərdə tutulub. Əsas məqsəd ana dilində təhsil alan istedadlı şagirdlərin məntiqi və riyazi təfəkkürünü ölçmək, potensialını kəşf etmək və onlara özəl təhsil müəssisəsində təhsil alma fürsəti yaratmaqdır.
Bu fürsətdən yararlanmaq istəyən şagirdlər 10 may 2022-ci il tarixinədək Mərkəzin rəsmi veb-saytında yerləşdirilmiş müraciət formasını dolduraraq qeydiyyatdan keçə bilərlər.
Nəzərinizə çatdıraq ki, "XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” ölkənin ilk özəl məktəblərindən biri kimi 2001-ci ildə təsis edilmişdir və hal-hazırda Azərbaycan, rus və ingilis bölmələri üzrə 3-17 yaşlı uşaqların milli və tanınmış beynəlxalq kurikulumlar üzrə təhsil aldığı tədris mərkəzlərindən biridir. Mərkəz, 500-dan çox şagirdə təhsil xidməti göstərir.
Layihə ilə bağlı ətraflı məlumat əldə etmək və müraciət üçün aşağıdakı keçiddən istifadə oluna bilər:
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 56 d. əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
20 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb













.jpg)











